İngiltərədə 19-cu əsrdə görülən və uşaq ölümlərinə səbəb olan xəstəlik yenidən ortaya çıxıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki mütəxəssislər, xüsusilə 10 yaşdan kiçik uşaqlarda görülən, lakin böyüklərdə də görülə bilən qırmızı qızdırma xəstəliyinin kəskin səviyyədə artdığını açıqlayıb.
Bakterial yoluxucu xəstəlik olan skarlatina, xüsusilə dil, üz, qoltuqaltı və qasıq nahiyəsində qırmızı ləkələrlə xarakterizə olunur. Hərarətin yüksəlməsi, halsızlıq, boğaz ağrısı, qarın ağrısı, ürəkbulanma və qusma, boyun tutulması kimi simptomlarla müşayiət olunan xəstəlik vaxtında müalicə olunmazsa yüksək riskli nəticələrə, hətta ölümə və digər xəstəliklərə səbəb ola bilər.
İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) ictimaiyyəti qırmızı qızdırmaya diqqət yetirməyə çağırıb. Xüsusilə uşaqlı ailələrə xəbərdarlıq edən mütəxəssislər yoluxma sayının normadan xeyli çox olmasına diqqət çəkib.
Aydın