Uşaqlarda qripə yoluxma halları oktyabr ayı ilə müqayisədə xeyli artıb.
AZXEBER.COM xəbər verir ki, Ege Universitetinin uşaq yoluxucu xəstəlikləri müəllimi, professor Zəfər Kuruqöl bildirib ki, sentyabr ayından etibarən məhdudiyyətlərin azaldılması, maskaların olmaması və məktəblərin açılması ilə bir çox tənəffüs yolu infeksiyalarında artıma səbəb olub.
Onun sözlərinə görə, sentyabrda qrip və səsin səsi xırdalanması halları olub. Lakin oktyabrın ortalarına qədər uşaqlarda qripə yoluxma halları demək olar ki, yox idi. Oktyabrın sonu və noyabrın əvvəlindən qripə yoluxmalarda böyük artım var. Səhiyyə Nazirliyinin məlumatına görə, tənəffüs yoluxucu xəstəliklərin 14,4 faizi qripdir.
Həkim bildirib ki, qrip xüsusilə 5 yaşa qədər uşaqlarda ağır keçir, hətta ölümlərə səbəb ola bilər. Bu xəstəliklərə xüsusi diqqət yetirilməlidir. Qrip hallarının artmasının qarşısını almaq üçün ilk növbədə xəstəliyin qrip olub olmadığını anlamaq lazımdır. Buna görə pediatrla məsləhətləşmək lazımdır.
Həkim xəstəliyin qarşısının alınması üçün öz məsləhətlərini də verib:
– "Qrip diaqnozu qoyularsa, 2 yaşa qədər olanlara bu virusa xas dərmanlar vermək lazımdır. Bundan əlavə, qrip xəstəsi çoxlu maye qəbul etməlidir. Belə bir vəziyyətdə tez-tez ana südü verməyi məsləhət görərdim. Böyük uşaqlara isə toyuq suyu şorbası, ilıq süd, bitki çayları məsləhət görürəm. Bir sözlə, bol maye qəbul edilməlidir. Bir çox araşdırmalar göstərir ki, toyuq suyu şorbası təsirli olur və xəstəni yüngülləşdirir.
– Bundan əlavə, uşağın burnunu düzgün təmizləmək, açmaq lazımdır. Əks halda qripi qulaq infeksiyaları, sinüzit və ya pnevmoniya kimi ağır xəstəliklər izləyir. Bu xəstəliklər ölümə səbəb olur. Soyuqdəymə və qrip səbəbiylə davamlı öskürək olan xəstələrə antibiotik vermək düzgün deyil. Xüsusilə gecə öskürəyi olan uşaqlara yatmazdan əvvəl 1 çay qaşığı ilıq südlə bal vermək lazımdır.
- Qripə qarşı peyvənd etmək lazımdır. Xüsusilə 5 yaşından kiçik və həmin il uşaq baxçasına başlayan uşaqlara tövsiyə edirəm, çünki risk yüksəkdir və bu uşaqlar evə gələndə böyüklərinə də yoluxdururlar”.
Ayşən Mirzəyeva