Uşaqlar üçün həyəcan təbəli - VİDEO

Uşaqlar üçün həyəcan təbəli - VİDEO
SOSİAL
22:22 30.09.2026
171
Halsızlıq, qusma, ishal və enməyən yüksək temperatur... Bəzən bu əlamətlər günlərlə davam edir... Son günlər , xüsusilə, uşaqlar arasında yoluxucu bir virus yayılıb. bəzi xəstəxanalarda sıxlıq yaşanır... Halsızlıq, öskürək,  qızdırma ilə başlayan ilkin əlamətlərə bir qədər sonra qusma və ishal və digər əlamətlər də əlavə olunur...

AZXEBER.COM-un Xezerxeber.az-a istindən xəbərinə görə, pediatr-neonatoloq Kamil Şərifov deyir ki, bu virusa daha çox 2-10 yaş aralığında olan uşaqlar yoluxur.

Həkimin sözlərinə görə, virusa yoluxan uşaqlar daim həkim nəzarətində olmalıdır. 2-3 gündən bir müayinə mütləqdir. Çünki, xəstəlik ağırlaşarsa, fəsadları daha ciddi ola bilər.

Pediatr deyir ki, virusa yoluxan uşaqlara ev şəraitində, həkim təlimatı olmadan antibiotik vermək olmaz. Bəzi valideynlər bu səhvi etdiyindən sonrakı mərhələdə müalicə prosesi də çətinləşir.

OXŞAR XƏBƏRLƏR