“Uşaqlar özləri necə xoşbəxt olmağı bilirlər”- Uşaq psixoloqu

SAĞLAMLIQ
12:31 17.05.2023
461
Psixoloq xoşbəxt uşaq böyütməyin qaydalarından danışıb.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Kolumbiya Universitetinin Uşaq  İnkişafı Mərkəzinin direktoru Tovah Klein necə xoşbəxt uşaq böyütməkdən danışıb.

Psixoloq bildirib ki, xoşbəxt uşaq böyütməyin açarı onların gəmgin olmasına, kədərlərini yaşamasına imkan verməkdədir: "Hamımız düşünürük ki, uşaqlarımızı xoşbəxt böyütməyin yolu onları xoşbəxt etməkdir. Ancaq uşaqlar özləri necə xoşbəxt olmağı bilirlər. Valideynlərin uşaqların bəzi hallarda qəzəbli, əsəbi və bədbəxt ola biləcəyini qəbul etməkdə çətinlik çəkirlər. Uşaq əsəbiləşdikdə, valideynlər çox vaxt instinktiv olaraq onu sevindirməyə və ya diqqətini yayındırmağa çalışırlar. Onlara şokolad, tort təklif edir və ya gəzintiyə çıxarırlar. Bu davranışlar səhv deyil, ancaq uşağın kədərinin mənbəyini öyrənmək lazımdır. Kədərli uşaqdan dərindən nəfəs almasını və hisslərini sözlə ifadə etməsini xahiş edə bilirsiniz”, - deyə psixoloq söyləyib.

Klein, qəzəb kimi güclü duyğulara sahib olmağın, onlarla mübarizə aparmağın və valideynlərim arxamdadır, mənə əsəbiləşmirlər deyə bilmələrinin uşaqlara güc verdiyini vurğulayıb. Böyük travmatik hadisələr istisna olmaqla, uşağın mənfi hisslərinin keçəcəyini başa düşmək vacibdir. Tədqiqatlar göstərir ki, öz mənfi emosiyaları ilə mübarizə aparmağı öyrənən uşaqlar daha dözümlü olurlar və yetkinlik dövründə uğur qazanma ehtimalları daha yüksəkdir. 

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR