Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakıda da qeyd olunacaq

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakıda da qeyd olunacaq
Bütün Xəbərlər
15:12 26.05.2014
706

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü olaraq artıq 64 ildir ki, dünyada qeyd olunur. 01 iyun uşaqların müdafiəsinə həsr etmək haqqında qərar BMT Baş Assambleyasında 1950-ci ildə qəbul olunub. AZXEBER.COM xəbər verir ki, dünyanın bir çox ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da müxtəlif tədbirlərləqeyd edilir.Azərbaycanda Hökümət və qeyri hökümət təşkilatları tərəfindən uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb və görülməkdədir.

30 may tarixində AF Hoteldə “Gənclərin Həmrəyliyinə Dəstək “ İctimai Birliyi “Qan Donorları Assosiasiyasının” təşkilatçılığı ,McDonalds-Azərbaycan , TİMSport və Vita şirələrinin dəstəyi ilə 100 nəfər uşaq və yeniyetmə üçün “Bərabərlik” adlı musiqili əyləncəli tədbir keçiriləcəkdir.Tədbirin əsas məqsədi uşaqlara olan diqqət və qayğını təmin etməkdir. Keçiriləcək tədbirdə hökümət və qeyri hökümət təşkilatlarının o cümlədən beynəlxalq və yerli təşkilat rəhbərləri iştirak edəcəkdir.

OXŞAR XƏBƏRLƏR