Uşaqların hüquqlarının qorunması üçün yaradılan qaynar xətlərə müraciətlər daxil olurmu? - STATİSTİKA

Uşaqların hüquqlarının qorunması üçün yaradılan qaynar xətlərə müraciətlər daxil olurmu? - STATİSTİKA
Bütün Xəbərlər
15:00 17.02.2012
7338

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən Azercell Telekom Şirkətinin xüsusi maliyyə və texniki dəstəyi və UNİCEF, “Uşaqların Xilası” və “Dünyaya Baxış” beynəlxalq təşkilatlarının dəstəyilə təsis edilib.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin direktoru Gülşən Cumayeva söyləyib.

1 fevral 2010-cu tarixindən etibarən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” fəaliyyətə başlayıb. Həmçinin “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” Niderlandın paytaxtı Amsterdamda yerləşən və 100-dən çox uşaq qaynar xətlərini özündə birləşdirən Beynəlxalq Uşaq Qaynar Xəttlər təşkilatının tam hüquqlu üzvüdür.“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” çətin vəziyyətdə olan hər bir uşağın müdafiəsinin təmin edilməsi məqsədi ilə dövlət, qeyri-hökumət, kommersiya və beynalxalq təşkilatlarının birgə səyləri nəticəsində yaradılmışdır ki, bu da sosial xidmətlərin təsis edilməsi və göstərilməsində cəmiyyətin bütün üzvlərinin iştirak etdiyi uğurlu və nadir təcrübələrdəndir.

Gülşən Cumayevanın sözlərinə görə, bu xidmətin yaradılmasında başlıca məqsəd uşaqların hüquqlarının qorunmasıdır: ““Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” yaranmasında əsas məqsəd problemlə üzləşmiş hər bir uşağa psixoloji yardım, emosional dəstək, onun üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, onun müraciətlərini digər müvafiq xidmətlərə yönəldilməsini təmin etmək və təxirəsalınmaz köməyin göstərilməsidir. Eyni zamanda, digər - səhiyyə, sosial və təhsil sahəsində olan problemlərlə bağlı müraciət edənlərə məsləhətlər verilir, zəngləri müvafiq xidmətlər göstərən təşkilat və xidmətlərə yönəldilir”.

AZXEBER.COM Qaynar Xəttə daxil olan zənglərin statistikasını təqdim edir: Fəaliyyətə başladığı dövrdən, yəni 2010-cu ilin Fevral ayından 2012-ci ilin Fevral ayının 1-dək qaynar xəttə 2246 zəng daxil olmuşdur və daxil olan zənglərin statistik göstəriciləri aşağıdakı kimidir: ✴ Şəhərdaxili telefonlarla müraciətlər: 1578, ✴ Mobil telefon nömrələrinə müraciətlər: 575, ✴ Mobil telefonlarından göndərilmiş SMS-lər: 42 ✴ E-poçtla daxil olmuş məktublar: 51. Qeyd edək ki, “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” hal-hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Qaynar xətt 3 stasionar telefon nömrəyə (480-22-80), iki Azercell operatorunun mobil nömrəsinə: 050-680-22-80 & 051-880-11-80 (qeyd edək ki, bu nömrələrə zəng etdikdə sizdən kontur çıxılmayacaq.Azercell bu sahədə dəstəyini əsirgəməyib), habelə e-poçt xidməti ([email protected]/* */) və internet saytına (www.childhelpline.az&www.usaqxetti.az) malikdir. Gülnarə Bayramova

OXŞAR XƏBƏRLƏR