Uşaqlarını erkən yaşda ərə verən valideynlər azadlıqdan məhrum edilə bilərlər.
AZXEBER.COM-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib:“Öz uşaqlarına qarşı məsuliyyətsiz davranan valideynlərlə bağlı hazırlanmış təkliflər paketində uşaqlarını erkən yaşda ərə verən valideynlərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsində dəyişikliyin edilməsi təklif olunur.Həmin təklifə görə, erkən yaşda uşaqlarını ərə verən valideynlər 2 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə və 4 min manat məbləğində cərimə ediləcəklər”.