Daha əvvəl uşağını qətlə yetirdiyi üçün həbs cəzası alan qadın yenidən barmaqlıqlar arasına düşə bilər.
AZXEBER.COM-un Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, qadın bu dəfə həbsdən çıxandan sonra dünyaya gətirdiyi körpələrini öldürməkdə və onları buzxanada dondurmaqda ittiham edilir.Fransalı prokuror Denis Mondon ölkənin mərkəzindəki Burq-en-Bress qəsəbəsində meydana gələn hadisə ilə bağlı mətbuat konfransı keçirib. Adı açıqlanmayan 32 yaşlı qadının 2011 və 2012-ci illərdə dünyaya gətirdiyi övladlarını suda boğaraq öldürdüyünü etiraf etdiyini deyən D.Mondon onun barəsində cinayət işi açılacağını deyib.Qadının daha əvvəl də - 2002-ci ildə uşağını öldürdüyünə görə 15 il həbs cəzasına məhkum edildiyi, lakin 2010-cu ildə azadlığa buraxıldığı da ortaya çıxıb.