Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat

Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat
SOSİAL
10:44 05.05.2026
2909
Azərbaycanda doğum statistikası narahatedici bir istiqamət götürüb. 2011-ci ildə 176 min uşaq dünyaya gəlirdisə, bu rəqəm 2024-cü ildə 102 minə düşüb. 2025-ci ilin proqnozu isə 95 min civarındadır. Bu, müstəqillik illərinin ən aşağı göstəricisidir. Müqayisə üçün qeyd edək ki, 1991-ci ildə 190 min uşaq doğulmuşdu. Yəni otuz ildə doğum sayı demək olar ki, yarıya enib.

AZXEBER.COM Globalinfo.az-a istinadən xəbər verir ki, iqtisadçı Akif Nəsirli bu azalmanın arxasında bir neçə səbəbi olduğunu bildirib.

Gənclər gec ailə qurur, mənzil və kirayə problemi həll olunmayıb, şəhər həyatı çoxuşaqlı ailə modelini getdikcə çətinləşdirir. Üstəlik bu gün uşaq doğan nəsil 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlində anadan olanlardır. O dövrdə də doğum aşağı idi, ona görə potensial anaların sayı özü də azdır. Bütün bunlar üst-üstə gəlir və nəticəni ağırlaşdırır.

Bu mənzərəyə bir də dövlət dəstəyinin olmaması əlavə olunur. Azərbaycanda universal uşaqpulu sistemi yoxdur. Sovetdən sonra 2006-cı ildə uşaqpulu ləğv edildi, yerinə yalnız aztəminatlı ailələrə ünvanlı yardım gəldi. Yəni "uşaq doğdun, dövlət hər ay dəstək verir” anlayışı mövcud deyil. Bakıda bir uşağın aylıq xərcləri, bağça, paltar, dərman, qidalanma və s. 300-400 manatdan başlayır. Orta maaşın 1000 manat olduğu mühitdə ikinci, üçüncü uşağa qərar vermək ciddi bir cəsarət tələb edir. Belə şəraitdə ailə öz-özünə hesab edir və "bir uşaqla kifayətlənək” qərarına gəlir.

Dövlət bu problemi həll edə bilərmi? Büdcə baxımından – bəli. Hər yeni doğulan uşağa aylıq 150 manat verilsə, bu, büdcəyə nisbətən əhəmiyyətsiz bir yük olardı.

Ölkədə 0-18 yaş arası təxminən 2.6 milyon uşaq var. Hər birinə aylıq 150 manat versək, bu, ildə 4.68 milyard manat edir. 2025-ci ilin dövlət büdcəsi 48.4 milyard manat olduğundan bu məbləğ büdcənin təxminən 10%-nə bərabərdir.

Amma əgər sistem yalnız yeni doğulanlara və ya məsələn, 3 yaşa qədər uşaqlara tətbiq edilsə, yük xeyli azalar. Hər il təxminən 95 min uşaq doğulur. Onlara 3 yaşa qədər aylıq dövlət tərəfindən 150 manat verilsə, eyni anda sistemdə maksimum 285 min uşaq olar və illik xərc 513 milyon manata düşər – büdcənin 1%-dən bir qədər çox..

Üstəlik bu pul iqtisadiyyatın içində qalır – ailələr onu istehlaka yönəldir, bu da daxili tələbi artırır.

Rusiya, Türkiyə, Qazaxıstan və Macarıstan təcrübəsi göstərir ki, düzgün qurulmuş uşaqpulu və analıq kapitalı mexanizmi doğumu 10-20 faiz artıra bilir. Azərbaycanda da oxşar addım atılsa, 95 min olan doğum sayının 108-110 minə qalxması real görünür.

Əlbəttə, uşaqpulu tək başına demoqrafik problemi həll etmir. Mənzil, bağça çatışmazlığı, qadının iş-güc balansı, tibb xərcləri – bunlar da paralel olaraq müzakirə olunmalıdır. 150 manat uşaqpulu verib, amma kirayə 500 manat olsa, ailə yenə üçüncü uşaqdan imtina edəcək. Lakin uşaqpulunun psixoloji əhəmiyyətini də azaltmaq olmaz. Dövlət "uşağın yanında olacam” mesajı verdikdə ailə özünü daha güvəndə hiss edir. Bu güvən hissi isə qərar vermə prosesini dəyişir.

Hökumətin indiyə kimi "sui-istifadə riski” və "büdcə yükü” arqumentlərini önə çəkməsi başadüşüləndir. Lakin doğum sayı 26 ilin ən aşağı həddindədirsə, bu arqumentlər artıq yetərli cavab ola bilməz. Çünki bu tendensiya davam etsə, 15 ildən sonra məktəblərdə şagird, 20 ildən sonra ordu və iqtisadiyyat üçün işçi qüvvəsi tapmaq ciddi problemə çevriləcək. Demoqrafik böhranın qiyməti, uzun müddətdə, uşaqpulunun qiymətindən xeyli baha oturacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
11:09 02.11.2026
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
11:08 02.11.2026
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
11:05 02.11.2026
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
10:47 02.11.2026
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
Qurban Bayramov vəfat etdi
10:39 02.11.2026
Qurban Bayramov vəfat etdi
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
10:37 02.11.2026
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
10:32 02.11.2026
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
10:28 02.11.2026
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
10:18 02.11.2026
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
10:11 02.11.2026
Qaytarıla bilməyən kreditlər bağlanacaq
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
10:03 02.11.2026
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
Novxanıda qəza: 5 nəfər xəsarət aldı
09:57 02.11.2026
Novxanıda qəza: 5 nəfər xəsarət aldı
Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov ABŞ-yə səfər edib
09:55 02.11.2026
Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov ABŞ-yə səfər edib
Bu ölkədə “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır
09:50 02.11.2026
Bu ölkədə “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır
İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
09:41 02.11.2026
İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib
İranın xarici işlər naziri Türkmənistana səfər edib
09:39 02.11.2026
İranın xarici işlər naziri Türkmənistana səfər edib