"Uğurlu gənc" layihəsinin təqdimatı keçirildi - FOTOLAR

GƏNCLİK
12:55 28.10.2021
367
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Uğurlu gənc" layihəsi çərçivəsində görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, "Davam” Gənclər Hərəkatında baş tutan görüşdə layihə rəhbəri Leyla Əhmədova gənclər salamlayaraq, layihəsi haqda geciş məlumat vverib.
 
Tədbirin ilk Vətən müharibəsində Tərtər və Ağdərə istiqamətində döyüşlərdə yaralanan, müharibədən əvvəl regionlarda gənclərin sosial fəaliyyəti üçün müxtəlif layihələrə rəhbərlik edən, Prezident mükafatçısı Pərvin Qasımov olub. O, gənclərlə görüşündə öz təcrübələrindən bəhs edərək, gənclərə özlərini tapacaqları sahədə işləməyi və uğur qazanmağı məsləhət görüb. 
Daha sonra gənclərlə qarşılıqlı diskusiya formnmasında davam edib.
 
Tədbirdə müxtəlif universitetlərdə təhsil alan 30-dan çox gənc iştirak edib.

Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.
 





 






OXŞAR XƏBƏRLƏR