Uğursuz dövlətin uğursuz parlamenti - KÖŞƏ

Uğursuz dövlətin uğursuz parlamenti - KÖŞƏ
KÖŞƏ
21:49 17.01.2012
1756
Sahil NağızadəAzərbaycan artıq 20 ilə yaxındır ki, öz müstəqilliyini qazanıb.20 yaşlı bir gənc üçün isə Azərbaycanın qazandığı uğurlar qat-qat çoxdur. Ən əsası isə müstəqil daxili və xarici siyasəti var. Gəlin nəzər salaq daima müqayisə olunduğumuz Gürcüstana. Biz bir şey ilə fəxr etməliyik ki, biz Gürcüstan kimi ABŞ-ın kölgəsi altında gizlənməmişik. Güya deyirlər ki, orda rüşvət yoxdur düzdür gözdən pərdə asmaq üçün gözəl variantdır lakin o pərdənin arxasındakı hadisələri görsəniz öz dövlətmizə şükür edərsiniz. Daha sonra danışmaq istərdim Ermənistandan. Rusiyanın qardaşlıq etdiyi Ermənistan. Mən bu dövlət haqqında heç nə danışmaq istəmirəm. Çünki, yedikləri çörək belə hansısa dövlətin artığıdır.Keçid alaq qardaş Türkiyə Respublikasına. Türkiyə ilə də Azərbaycan tez-tez müqayisə olunur. Bir şey var ki. Türkiyənin müstəqilliyi əsrlərlə bizimki isə illə ölçülür.Gəlin unutmayaq ki, Azərbaycan inkişaf etməkdə olan dövlətdir. Hər bir inkişafda olan dövlətlər kimi Azərbaycanda da bütün sahələrdə olmasa da müxtəlif sahələrdə boşluqlar var. Biz inanırıq ki, gələcək də bu boşluqlar aradan qalxacaq. Çünki, keçmişə nəzər salanda tam aşağı səviyyədə olan bəzi sahələr indi orta və yüksək səviyyəyə doğru irəliləyir.

Çox təəssüflər olsun ki, bu gün informasiya müharibəsinə Azərbaycan nisbətən geri qalır. Səbəb odur ki, biz daima iki cəbhə ilə vuruşuruq. Ermənistan və daxilimizdə olan, nə istədiklərini bilməyən, hansısa xarici təşkilatların ayırdıqları qrandlar hesabına yaşayan, Azərbaycandakı sabitliyi pozmaq istəyən şəxslərə qarşı.

Ulu öndər Heydər Əliyevin bir gözəl kəlamını nəzərinizə çatdırmaq istəyərdim “Hamı siyasi baxışına görə müxalifətçi ola bilər. Lakin öz dövlətinə və xalqına qarşı müxalif olmamalıdır”. Belələri xalqına və dövlətinə qarşı müxalif olanlardır. Xaricdən dəstək hesabına idarə olunaraq hansısa Böyük Günlər keçirərək xalqın firavançılığını, sakitliyini pozan insanlar hansı məqsədə qulluq etdiklərini özləri də bilmirlər. Bu yaxınlarda bu tip gənclərdən birinin facebook statusunda təxminən belə yazılmış yazı gördüm. Yazını tam burda posta yerləşdirmədim. Yazının mənası bundan ibarət idi ki, "İstəyirəm ki, Liviyada və Misirda baş verən hadisələr Azərbaycanda da baş versin". Adama deyən lazımdır ki, ey insan sənə qardaş qanı tökülməyi, ölkədə sabitliyin pozulması lazımdır? Xaricdən verilən hansısa dəstəyin hesabına ölkədə qarşıdurma yaratmaq istəyirsiniz. Sizi başa düşürəm demirəm xaricdən qrant almıyın, alın lakin aldığınız qrantları faydalı işlərə sərf edin də... Ölkədə ərəb baharının olmasını istəyirsiniz. Halaldır sizə… İnanıram ki, hazırda Misirdə və Liviyada vəziyyət necə oldğu haqda xəbəriniz var. Həftədə onlarla insan qarşıdurmalar nəticəsində dünyasını dəyişir. Və yaxud Misirdə keçirilən 3 pilləli seçkilər haqqında da eşitmisiniz. Keçirdikləri parlament seçkilərini də gördük. Sanki parlament seçkiləri deyildi "eurovision"un seçim turu idi. Xalq öz parlament nümayəndəsini seçmək üçün 3 dəfə səsverməyə getməlidir. Bu da uğursuz dövlətin uğursuz palamenti….

Hələ əminənm ki, Liviya və Misirin əvvəlki vəzityyətə qayıtması üçün uzun illər tələb olacaq.
OXŞAR XƏBƏRLƏR