‘Uğursuzluqların səbəbini kifayət qədər maliyyə ayrılan məşqçi və idmançılardan soruşun’ - REAKSİYA

‘Uğursuzluqların səbəbini kifayət qədər maliyyə ayrılan məşqçi və idmançılardan soruşun’ - REAKSİYA
Bütün Xəbərlər
01:45 05.08.2012
1568

“Sadəcə, məndən daim uğursuzluqların səbəbini soruşan jurnalistlərdən ricam budur ki, bu sualları məşqləri və yarışları üçün nazirliyin kifayət qədər maliyyə ayırdığı məşqçi və idmançılara da ünvanlayasınız”

Londonda keçirilən XXX Olimpia oyunlarındaAzərbaycan idmançılarının ard-arda uğursuzluğu ölkə ictimaiyyətindətənqidifikirlərin formalaşmasına səbəb olub. Gənclər və İdman nazirliyiisə, tənqid atəşinətutulanrəsmi qrumlar arasındabirinci sıranı tutur.

Məsələ ilə bağlı Londonda olan Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova məsələ aydınlıq gətirmək üçün AZXEBER.COM portalının elektron ünvanına müraciət göndərib. Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq: “Mənə edilən zəngləri və mesajları nəzərə alaraq, qeyd etmək istəyirəm ki, əziz jurnalistlər hər kəsin olimpiada ilə bağlı narazılığını başa düşürəm. Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri olaraq məsuliyyətimizi anlayır və tam əminliklə deyə bilərəm ki, qurum idmanın inkişafı üçün öz öhdəsinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Sadəcə, məndən daim uğursuzluqların səbəbini soruşan jurnalistlər, rica edirəm ki, bu sualları məşqləri və yarışları üçün nazirliyin kifayət qədər maliyyə ayırdığı məşqçi və idmançılara ünvanlayasınız. Cavabları bizə də maraqlıdır”.

OXŞAR XƏBƏRLƏR