Vüqar Camalzadə: "Bu ümumxalq qələbəsidir" (MÜSAHİBƏ)

Vüqar Camalzadə: "Bu ümumxalq qələbəsidir" (MÜSAHİBƏ)
ŞOU-BİZNES
06:47 11.06.2011
1784

- Artıq bir neçə ildir ki, Azərbaycanı “Eurovision”da xarici bəstəkarların musiqiləri ilə təmsil olunur. Sizcə bunun əsl səbəbi nədir?
- Əslində, burada seçimlər olur və münsiflər xarici bəstəkarların bəstələrinə üstünlük verirlər. Burada müəyyən kriteriyalar və bu dövlətlərarası müsabiqə olduğundan qələbəni qazanmaq üçün bütün addımlar düzgün atılmalıdır və burada əsas ambisiyalar və eqo irəli çıxmamalıdır. Şükürlər olsun ki, qələbimizi qazanmışıq və ümid edirəm ki, gələn il ev sahibi kimi öz sözümüzü, öz musiqimizi, öz mədəniyyətimizi göstərəcəyik inşallah. Bütün dünya bizi ən yaxşı tərəfdən tanıyacaq.

- Bu qələbəyə Azərbaycan musiqisinin qələbəsi demək olar?
- Bu qələbəyə Azərbaycanın qələbəsi demək olar. Necə ki, futbolda qalib gələndə Azərbaycan futbolçusunun yox, Azərbaycanın qələbəsi deyirik. İnşallah Qarabağda qələbə çalsaq buna Azərbaycan əsgərinin yox, Azərbaycanın qələbəsi deyəcəyik. Qələbənin fərqi yoxdur. Qələbə elə qələbədir. Bu ümumxalq qələbəsidir. 

- Gələn il “Eurovision” a mahnı təqdim etmək fikriniz varmı?
- İnşallah qismət olsa təqdim edəcəm. Hər şeyi zaman göstərər.

 

- Sizcə bayağı musiqilər niyə bu qədər məhşurlaşır?
- Bunun əsas səbəbi insanların maarifləndirilməsidir. İnsanlar maariflənsələr yalnız səviyyəli musiqiləri dinləyəcəklər. Burada əsas problem maariflənməkdədir.

Hacıbəy Heydərli

OXŞAR XƏBƏRLƏR