Vəfa Quluzadə: “İran getsin öz hayına qalsın”

Bütün Xəbərlər
18:37 08.04.2011
1567
Politoloq qeyd edib ki, bu gün İranın Ermənistanla qurduğu əlaqələr əslində özünü vəziyyətdən çıxartmaq üçün nəyəsə yaraya bilər, Azərbaycana heç nə edə bilməz. “Tehran bu gün hər tərəfdən sanksiya mühasirəsində qalıb, öz hayındadır. İran Ermənistanla münasibətlərdə Qərb bazarına çıxmaq üçün imkanlar axtarır, çünki başqa yolu da yoxdur. Əks halda istər siyasi, istərsə də iqtisadi baxımdan bu gün İranda elə bir qüdrət yoxdur ki, Azərbaycana zərbə vuracaq nəsə edə bilsin. Qoy getsin öz hayına qalsın”,-deyə V.Quluzadə vurğulayıb. 

///azadinform

OXŞAR XƏBƏRLƏR