Vacib oyunöncəsi Fransa millisində gözlənilməz itki - FOTO

Vacib oyunöncəsi Fransa millisində gözlənilməz itki - FOTO
İDMAN
17:06 04.07.2026
305
DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində Paraqvayla üz-üzə gələcək Fransa milli komandası həlledici matça ciddi itki ilə yollanır.

AZXEBER.COM-un "RMC Sport" nəşrinə istinadən məlumatına görə, komandanın önəmli simalarından olan Orelyen Tçuameni bu vacib qarşılaşmada yığmaya kömək edə bilməyəcək.

Buna səbəb "Real Madrid"in yarımmüdafiəçisinin bud əzələsindən zədələnməsidir. 26 yaşlı futbolçunun bərpa prosesi ilə əlaqədar olaraq təxminən 4-5 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Xatırladaq ki, futbol azarkeşlərinin maraqla gözlədiyi Paraqvay - Fransa qarşılaşması bu gecə Filadelfiya şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.
OXŞAR XƏBƏRLƏR