Vahid Mustafayevin və döyüşçülərimizin atəşə tutulduğu anlar- VİDEO

Vahid Mustafayevin və döyüşçülərimizin atəşə tutulduğu anlar-  VİDEO
SOSİAL
15:56 04.04.2016
15938
ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Vahid Mustafayev Goranboy rayonu Tapqaraqoyunlu kəndindən son məlumatları çatdırıb. Bildirib ki, onun hazırda dayandığı yer - təmas xəttində sonuncu binadır. Bura Ermənistan mövqe xəttinə çox yaxındır.
Vahid Mustafayev bildirib ki, Azərbaycan tərəfinin atəşkəs elan etməsinə baxmayaraq, ermənilər səhər saat 06:00-dan başlayaraq atəşi yenidən bərpa edib. Onlar müxtəlif çaplı artilleriya qurğularından, qaubitsa və toplardan istifadə edərək Tapqaraqoyunlu kəndini atəşə tutub. Elə çəkiliş aparılan zaman da erməni silahlı qüvvləri növbəti dəfə atəş açıblar. Jurnalistlərin çəkiliş apardığını görən ermənilər onları da hədəfə alıblar.
Bütün bunlara baxmayaraq kənd camaatı yaşayış yerlərini tərk etməyib həyatlarına davam edirlər. Kənd sakini Elşən Nəsibovun sözlərinə görə, axşamdan başlayan atışma səhərə daha da güclənib. "Dünən atəşkəs elan ediləndən sonra ordumuz 3 saat ərzində atəş açmadı. Lakin ermənilərin durmadan mövqelərimizi atəşə tutmasından sonra ordumuz düşmənə layiqli cavabı verib", - deyə Elşən Nəsibov bildirib.
V.Mustafayev ermənilərin atdığı mərmilərin düşdüyü yerləri də nümayiş etdirib. "Onların minatanlardan atdığı mərmilər bir növ köhnə və yararsızdır. Bu mərminin atılan zaman 4 ədəd pərəsinin açılması lazımdır. Lakin gördüyünüz bu mərmidə açılan pərlərin sayı ikidir. Bu, o deməkdir ki, onların istifadə etdiyi avadanlıq çox köhnədir", - deyə telereportyor əlavə edib.
Cəbhə xəttində gərginlik aprelin 2-nə keçən gecədən başlayıb. Bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Ermənilərin onlarla texnikası, çox sayda canlı qüvvəsi məhv edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
///anspress
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?