Vaksin vurdurmayan Əli İnsanov toya buraxılmadı

Vaksin vurdurmayan Əli İnsanov toya buraxılmadı
SOSİAL
13:22 29.11.2021
1295
Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov toy mərasiminə buraxılmayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Musavat.com -a hüquq mühafizə orqanlrındakı mötəbər mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, sabiq nazir paytaxtın Xətai rayonu ərazisində yerləşən "Valensiya” şadlıq sarayında keçirilən, tanınmış ictimai-siyasi fəal İlkin Rüstəmzadənin bacısının toy mərasimində iştirak etmək üçün həmin şadlıq sarayına gedibmiş.

Məlumatda bildirilir ki, toyda iştirak edəcək qonaqların COVID-19 pasportu polis əməkdaşları tərəfindən yoxlanılarkən ixtisasca həkim və digər vətəndaşlara nümunə olmalı olan Əli İnsanovun vaksinasiya olunmadığı müəyyən edilib və o, şadlıq sarayından geri qaytarılıb.
OXŞAR XƏBƏRLƏR