Valyutadəyişmə məntəqələri ləğv olundu: 6 min iş yeri bağlandı - FOTOLAR

Valyutadəyişmə məntəqələri ləğv olundu: 6 min iş yeri bağlandı -  FOTOLAR
Bütün Xəbərlər
13:01 13.01.2016
5707

Azərbaycanda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri bağlandı.

AZXEBER.COM xəbər verir ki, bu məlumatımusavat.com-avalyutadəyişmə məntəqələrinin sahibləri veriblər. Bu gün onlara lisenziyalarının ləğv edildiyi bildirilib və fəaliyyətlərini dayandırmaları tələb olunub.

Hazırda 28 May küçəsində yerləşən "exchange"lər işləmir. Bütün valyutadəyişmə məntəqələri bağlıdır.

"Mərkəzi Bankdan xəbərdarlıq gəldi ki, sizin lisenziyalar ləğv edilib. Mənim valyutadəyişmə məntəqəm Azadlıqdadır. 6 min iş yeri bağlandı. Səbəb olaraq da deyirlər ki, devalvasiyanı, süni bahalaşmanı "exchange"lər yaradırlar" - deyə Amil Mürvətov adlı şəxs bildirib.

OXŞAR XƏBƏRLƏR