Van Dammı ələ saldılar - VİDEO

Van Dammı ələ saldılar -  VİDEO
ŞOU-BİZNES
17:24 21.11.2013
4027

Görüntülər "You-Tube"da çox saylı izləyicilər tərəfindən bəyənilib

“Maço və Botan 2” filminin çəkilişləri zamanı aktyor Çeninq Tatum bir müddət öncə reklam çəkilişi üçün kamera qarşısına keçən Jan-Klod Van Dammın trekini təqlid edib."Volvo"nun hərəkət edən iki yük maşınının arasında məşhur şpaqatını açan Van Damm kütləvi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Tatum isə öz növbəsində aktyorun hərəkətini gülüş obyektinə çevirərək iki ərzaq arabasının arasında şpaqat açıb. Həmin görüntülər "You-Tube" video paylaşım portalında yüklənib və çox saylı izləyicilər tərəfindən bəyənilib.(ANSPRESS)
OXŞAR XƏBƏRLƏR