Uzun illərdir öncəgörmələri öz təsdiqini tapan Vanqanın proqnozları yenidən gündəmə gəlib.ANS PRESS-in məlumatına görə, Rusiya KİV dünya şöhrətli bolqar ekstrasensin aşağıdakı proqnozlarının Rusiya və Ukrayna ilə bağlı olduğunu yazır."Siz tez-tez elə insanlarla rastlaşacaqsız ki, onların gözləri var - görmürlər, qulaqları var- eşitmirlər. Qardaş qardaşa qarşı çıxacaq, analar uşaqlarını atacaq. Hər kəs öz xilası üçün yollar axtaracaq..."Jurnalistlərin fikrincə, bu sözlər Ukraynadakı kəskin vəziyyətdən xəbər verir. "Görməyən gözlər və eşitməyən qulaqlar" isə Qərbin baş verənlərə reaksiyasıdır.Vanqanın bu sözləri isə bütövlükdə 2014-cü ildə Ukraynada baş verənlərə aid edilir: "Birləşdirilənlər hissələrə parçalanacaq. Bu, Rusiyanın yanında baş verəcək".