Vaqif Cavadov: “Öz oyunumu heç vaxt qiymətləndirmirəm”
06:04 08.08.2011
1281
Öz oyunumu heç vaxt qiymətləndirmirəm. Bu mətbuatın və azarkeşlərin işidi. Bütün oyunu oynamağa hazır olduğumu düşünürəm. Ancaq məni əvəzləmə ilə meydana buraxan məşqçi heyətinin fikrinə hörmətlə yanaşıram”.
Bu sözləri millimizin və Rusiyanın “Volqa” klubunun üzvü Vaqif Cavadov deyib. Ötən gün “Volqa”nın heyətində debüt matçına çıxan Vaqif “Rostov”la oyunda start heyətinə düşməsə də, 60-cı dəqiqədə komanda yoldaşını əvəzlədi. Meydanda 30 dəqiqə olan həmyerlimiz komandasını məğlubiyyətdən qurtara bilmədi (0:1).
Vaqif bəxtlərinin gətirmədiyini bildirib: “Oyunun sonlarında kobudluq qələbə istəyindən irəli gəlirdi. Hesab edirəm ki, gülünc qol buraxdıq. Bəxt bizim tərəfimizdə deyildi. Biz oyuna yüz faiz kökləndik, ancaq qarşımızda duran əsas vəzifəni – rəqibə qol vurmağı bacarmadıq. Ümid edirəm ki, bunu növbəti oyunda həll edəcəyik. “Rostov” heç də bizdən yaxşı oynamırdı, ancaq qonaqların bəxti gətirdi”.