Vaqif Cavadov maaşını ala bilmir

İDMAN
23:47 31.10.2011
1506

Rusiyanın “Volqa” klubunun futbolçuları rəhbərliyə çərşənbə axşamına nəzərdə tutulmuş məşqi boykot etmək niyyətində olduqlarını bildiriblər. AZXEBER.COM-un "Azerisport.az" saytına istinadən xəbər verir ki, bu üsulla onlar əmək haqlarının uzun müddətli gecikməsinə qarşı etirazlarını bildirməyə çalışacaq. Sonuncu dəfə Nijni Novqorod klubunun oyunçularına əmək haqları bu ilin may ayında verilmişdi. Belə fasilə klub sponsorlarından birinin artıq neçə aydır vəd edilmiş məbləği köçürə bilməməsi nəticəsində yaranıb. Xatırladaq ki, “Volqa”nın heyətində yığmamızın hücumçusu Vaqif Cavadov da çıxış edir.

OXŞAR XƏBƏRLƏR