Vaqif Cavadov Qazaxıstanı təbrik etdi

İDMAN
07:17 04.06.2011
2044

AZXEBER.COM-un UEFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, futbolçu ilk növbədə Qazaxıstan yığma komandasını qələbə münasibətilə təbrik edib. 

“Rəqib meydanda bizə nisbətən daha çox istədiyini edirdi. Biz oyun üçün planlaşdırdığımız məsələləri reallaşdırmağa nail olmadıq. Çalışacağıq Bakıda keçiriləcək cavab qarşılaşmasında səhvlərimizi düzəldək”, - deyə Vaqif Cavadov bildirib.

Xatırladaq ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Astanada baş tutan Qazaxıstan- Azərbaycan oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsilə yekunlaşıb. Komandamızın heyətində Vüqar Nadirov, rəqibdən isə 2 dəfə Sergey Qridin fərqlənib.

OXŞAR XƏBƏRLƏR