Vaqif Cavadovdan şok sözlər: Futbolçu siqareti elə çəkməlidir ki, bunu kimsə bilməsin - VİDEO

Vaqif Cavadovdan şok sözlər: Futbolçu siqareti elə çəkməlidir ki, bunu kimsə bilməsin - VİDEO
İDMAN
19:35 25.10.2019
30612

Millimizin sabiq futbolçusu Vaqif Cavadov İTV-də yayımlanan "3D” layihəsinin qonağı olub.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Dadaş Dadaşlinski Çexiyada hoteldə olarkən siqaret çəkən 19 yaşadək millimizin futbolçularının hərəkətinə qiymət verməsini istəyib.

Onun cavabı maraqlı alınıb:

"Bu insanlar ağıllı deyil deyə, bu hərəkəti ediblər. Ağıllı olsaydılar, siqareti elə çəkərdilər ki, bunu nə rəhbərlik, nə baş məşqçi bilər, nə də hotelə ziyan dəyər... Siqaret çəkmək qəti qadağandır. Hər bir insan üçün zərərlidir. Amma artıq futbolçu bunu çəkirsə, nə valideyn, nə məşqçilər ona bu qadağanı qoya bilməz. Ona görə də siqaret çəkirsə, elə etməlidir ki, bunu kimsə bilməsin”.

Daha sonra Dadaş Dadaşlinski Vaqif Cavadovdan futbol oynayarkən qəlyan çəkməsi barədə soruşub:

"Almadan hazırlanan qəlyan daha çox xoşuma gəlir. Qəlyanı futboldan kənarda olanda, istirahət zamanı çəkmişəm. Amma oyun günü və məşqlər olan vaxt belə bir şey olmayıb”.

"Keşlə” klubundan ayrıldıqdan sonra altı aydır ki klubsuz olan Cavadov futbolsuz qalmasından danışıb, həmçinin, yarım milyonluq evini satışa çıxarması barədə yazılanlara münasibət bildirib.

Daha sonra Dadaş Dadaşlinski "Manuel Noyerə künc zərbəsindən qol vuran yeganə futbolçusunuz. Həmçinin, "Tvente”də heç bir oyun keçirmədən Hollandiya çempionu olmusunuz. Həyatınızda başqa bu cür təsadüflər də olubmu?” sualına Vaqif Cavadov belə cavab verib:

"Arzu edərdim ki, hər bir azərbaycanlı futbolçu mənim kimi Hollandiya və ya Almaniya klubuna keçsin və oynamadan çempion olsun. Bu da böyük bir nailiyyətdir. İnanıram ki, hansısa azərbaycanlı gələcəkdə oynayıb xarici ölkənin çempionu olar”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhid anası vəfat etdi
23:29 06.10.2026
Şəhid anası vəfat etdi
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
23:28 06.10.2026
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
23:20 06.10.2026
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
23:07 06.10.2026
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO