Vaqif Dərgahlı: "Bölmələrimiz tərəfindən "Qrad"dan istifadə edilməyib"

SOSİAL
02:35 15.07.2020
2879

"Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı "Qrad” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə yaydığı məlumat dezinformasiyadır".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

"Bildiririk ki, bölmələrimiz tərəfindən bu silah növü tətbiq edilməyib. Əgər Ermənistan tərəfində bu silah növünün tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin".
 

OXŞAR XƏBƏRLƏR

X Mostbet