Vaqif Əlixanlı vəfat etdi

Vaqif Əlixanlı vəfat etdi
MEDIA
10:26 15.10.2024
771
Tanınmış azərbaycanlı dramaturq, tərcüməçi və jurnalist Vaqif Əlixanlı vəfat edib.

Bu haqda AZXEBER.COM-a mərhumun qızı Ayna Əlixan məlumat verib.

Məlumata görə, Vaqif Əlixanlı uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhumla vida mərasimi "Təzəpir” məscidində baş tutacaq.

Qeyd edək ki, Vaqif Ənvər oğlu Əlixanlı 13 oktyabr 1943-cü ildə Quba rayonunun Yerfi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub.

Universitet illərində hərbi xidmətini başa vurub, universiteti bitirərək, 1968-ci ilin avqustundan Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsinin əvvəlcə Radionun Ədəbi-Dram baş redaksiyasında redaktor, sonra şöbə müdiri kimi ədəbi-incəsənət fəaliyyətinə başlayıb.

"Bulaq" və "Dünyanı bəzəyənlər" radio verilişinin yaradıcılılarından biri olan Vaqif Əlixanlının o illərdə müəlliflik etdiyi etnoqrafik hekayələr və "XX əsr İncəsənət" və "Palitra" televiziya verilişinə yazdığı "Rənglər" silsilə hekayələri populyarlığı, yüksək peşəkarlığı ilə seçilib. 1976-cı ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına baş redaktor vəzifəsinə dəvət alan Vaqif Əlixanlı ssenarilər üzrə Bədii şuranın üzvü kimi, həm də direktor müavini vəzifəsini icra edib.

1979-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əvvəlcə "İncəsənət və Teatr" şöbəsinə baş redaktor, bir il sonra nazirliyin "Teatr və Konsert müəssisələri" idarəsinə rəis təyin olunub.

O vaxtkı Azərbaycan SSR Teatr truppaları və musiqi heyətləri ilə respublikanı Yaponiya, Norvec, Türkiyə və başqa ölkələrdə, eləcə də İttifaqın müxtəlif yerlərində təmsil edib.

1991-ci ildə SSRİ-ın süqutundan sonra yenidən – AzTV-yə qayıdır. Televiziyanın "Xəbərlər", daha sonra isə "Ədəbi-Dram" studiyasının direktoru vəzifəsini ləyaqətlə yerinə yetirir. Vətənpərvər ruhlu, yaddaqalan – "Qırxıncı otaq", "Sarı sim", "Nəbz" verilişlərilə tamaşaçı rəğbətini qazanıb.

1993-cü ildə Radioda Xalq yaradıcılığı baş redaksiyasını yaradır və orda baş redaktor kimi yaradıcılığına davam edir. Sonrakı illərdə "Space", ABBA, "Lider", hətta qısa müddət "ANS" TV-də də baş redaktor vəzifəsində çalışıb.

2008-ci ildə "Space" TV-də Dublyaj redaksiyasında baş redaktoru olub.

2013-cü ildən 2021-ci ilədək Yazıçılar Birliyinin orqanı olan "Qobustan" incəsənət jurnalının Baş redaktoru olub.

Yazıçılar, Jurnalistlər Birliyinin, Teatr Xadimləri İttifaqının üzvüdür.

"Bulaq" verilişinə görə 1972-ci ildə "Qızıl qələm" mükafatı alıb. Dünya ədəbiyyatından tərcümələri, teatr və tele-radio üçün səhnələşdiriləmələri ictimayyətin, peşəkar söz-sənət adamlarının xüsusi diqqət və rəğbəti ilə qarşılanıb.

1991-ci ilin yanvarında AzTV-nin "Vətənpərvərlik" ruhunda yazılan ən gözəl əsər-müsabiqəsinin laureatı olub.

Daha sonra "Mövlanə" Beynəlxalq müsabiqəsində "Dünyanın Mövlanəsi" pyesi II yeri tutub və əsər Türkiyənin "GÜAM" Beynəlxalq dərgisində çap olunub. Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Erix Mariya Remark, Çingiz Aytmatov, Ernest Heminquey və başqa yazarların əsərləri əsasında televiziya və radio pyesləri mavi ekranda və efirdə verilmişdir. Onun bədii tərcüməsində V.Rasputinin "Axır zaman", T.Uilyamsın "İstək tramvayı", A.Kondratyevin "Saşka", Rüstəm İbrahimbəyovun "Biganələr oteli" və Alber Kamyunun "Qismət" pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. 2011-ci ilə Gənc Tamaşaçılar Teatrı Vaqif Əlixanlının "Əcəl atı" əsərini tamşaya qoyub. Əsər Azərbaycan televiziyasında da nümayiş etdirilib. 2000-ci illərdə Çingiz Aytmatovun "Qiyamət" ("Plaxa") əsərini tərcümə və çap etdirən yazıçının, 2013-cü ildə "Əkmə qəm ağacı" kitabı işıq üzü görüb. 2013-cü ilin sonunda yazıçının 70 illik yubileyi AzTV-də təntənəli surətdə qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib - ölən və xəsarət alan var
13:49 07.04.2026
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib - ölən və xəsarət alan var
Rəngli uşaq geyimlərində zəhərli maddə təhlükəsi: Qurğuşun aşkarlanıb
13:36 07.04.2026
Rəngli uşaq geyimlərində zəhərli maddə təhlükəsi: Qurğuşun aşkarlanıb
Satbayev Universitetində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirildi - FOTOLAR
13:26 07.04.2026
Satbayev Universitetində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirildi - FOTOLAR
Sabah hava necə olacaq?
13:21 07.04.2026
Sabah hava necə olacaq?
ADNSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub - FOTOLAR
13:20 07.04.2026
ADNSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub - FOTOLAR
"Azərbaycan-Gürcüstan əlaqələri qitələrarası enerji və nəqliyyat bağlantılarında müstəsna rol oynayır"
13:15 07.04.2026
"Azərbaycan-Gürcüstan əlaqələri qitələrarası enerji və nəqliyyat bağlantılarında müstəsna rol oynayır"
Qumarı ilk oynayan qadınlar olubmuş - ARAŞDIRMA
13:15 07.04.2026
Qumarı ilk oynayan qadınlar olubmuş - ARAŞDIRMA
Cinsiyyətini dəyişən qaradərili aktrisa öldürüldü
13:04 07.04.2026
Cinsiyyətini dəyişən qaradərili aktrisa öldürüldü
CNN: Trampın açıqlamaları həqiqəti əks etdirmir
12:55 07.04.2026
CNN: Trampın açıqlamaları həqiqəti əks etdirmir
“Rabitəbank” qanunları pozub - Mərkəzi Bankdan sərəncam
12:40 07.04.2026
“Rabitəbank” qanunları pozub - Mərkəzi Bankdan sərəncam
Bakıda mənzillərin satış və kirayə qiymətləri artıb - CƏDVƏL
12:24 07.04.2026
Bakıda mənzillərin satış və kirayə qiymətləri artıb - CƏDVƏL
Müctəba Xamenei ağır vəziyyətdədir və ölkəni idarə edə bilmir
12:18 07.04.2026
Müctəba Xamenei ağır vəziyyətdədir və ölkəni idarə edə bilmir
İmtahana buraxılmayan şagird müəllimini qətlə yetirdi
11:56 07.04.2026
İmtahana buraxılmayan şagird müəllimini qətlə yetirdi
Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
11:50 07.04.2026
Bakıda 3 min ev su kollektorunun üzərində tikilib
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
11:48 07.04.2026
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
Mədənizdən səs gəlirsə, bu aclıq deyil – Həkimlərdən vacib xəbərdarlıq
11:47 07.04.2026
Mədənizdən səs gəlirsə, bu aclıq deyil – Həkimlərdən vacib xəbərdarlıq