Vaqif Əsədov onu saymayan polislərə haqq qazandırdı

Vaqif Əsədov onu saymayan polislərə haqq qazandırdı
Bütün Xəbərlər
18:20 12.08.2015
3524

Sükan arxasına əyləşən hər kəs yol hərəkəti qaydalarına riayət etməyə borcludur. Amma bir çox hallarda qayda pozmaqla yanaşı, ona protokol yazılmasını əngəlləmək üçün dərhal telefonlara sarılanlar da az deyil. Bu zaman ona uzadılan telefona cavab verən yol polisi qaydanı pozmuş, ən əsası təhqir olunmuş sayılmırmı?

AZXEBER.COM xəbər verir ki, Modern.az saytının sualını Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov cavablandırıb.

O bildirib ki, deyilənlərin hamısı keçmişdə qalıb: “Müasir dövrdə yaşadığımızdan, Avropaya inteqrasiya etdiyimizdən buna yol verilə bilməz. Hər kəs dislokasiya üzrə təhkim edildiyi ərazidə xidmət aparır, hər bir sürücü yol hərəkət qaydalarının pozulması ilə bağlı öz xətası üzrə cavabdehlik daşıyır”.

Vaqif Əsədov sadalananları azərbaycanlıların mentaliteti, təhlükəli vərdişləri ilə əlaqələndirib: “Əminliklə deyə bilərəm ki, əvvəlki illərdən fərqli olaraq polislər telefon zənglərinə nəinki cavab, ümumiyyətlə, reaksiya vermir.

Əgər hansısa sürücü telefonla kiməsə zəng vurursa, biz deyə bilmərik ki, zəng vurma. O zəng vurur, polis də öz işini görməyə davam edir. Əvvəla, protokol elektron qaydada açılır. Lap tutaq ki, yol polisi ona ötürülən telefona cavab verdi və qaydanı pozan sürücünü buraxdı. Bəs, elektron protokol? Ona görə də bu cür hal yolverilməzdir”.

Polkovnik qeyd edib ki, rəhbərlik tərəfindən gün ərzində bütün texniki vasitələrlə əməkdaşlara nəzarət olunur: “Hətta işdən kənarda belə, polislərin hərəkəti izlənilir”.

Bir çoxları iddia edir ki, “yuxarı”dan gələn telefon zənginə cavab verməyən yol polisi işini itirməkdən qorxduğundan kimlərinsə qanuna tabe olmamasına “göz yumur”.

Şöbə rəisi bununla qətiyyən razılaşmır: “Bunlar ağ yalandır. Polis əməkdaşının fəaliyyətinə nəzarət edilirsə, telefona cavab verdiyi halda onun barəsində nə kimi tədbirlər görüləcəyini bildiyindən bu addımı atmaz. Bu polisin fəaliyyətinə kölgə salmaq istəyənlərin düşüncəsidir və inandırıcı deyil. Polis qanunla tələb olunan qaydada fəaliyyət göstərir və telefona cavab vermirsə, ona kimsə təzyiq və təsir göstərə bilməz. Tam məsuliyyətimlə deyirəm ki, belə bir şey yoxdur”.

Vaqif Əsədov yol polisinin bu cür hallara yol vermədiyini bildirsə də, məsələ ilə bağlı media nümayəndələrini qınayıb:

“Bəzi media nümayəndələri dəfələrlə özləri yol hərəkəti qaydalarını pozduğu zaman mənə zəng vurublar. Yol polisi tərəfindən saxlanılmaları barədə məlumat verərək xahiş ediblər ki, “yol polisinə de, protokol yazmasın”. İnandırım sizi, son bir həftə ərzində bir neçə belə zəng qəbul etmişəm. Hər biri ilə danışmışam. İstəklərinə qulaq asıb mən də zəng vurmuşam. Amma “komandir, bağışlayın sənədləşdirmişik, kömək edə bilmərik” cavabını almışam. Bunu media nümayəndələrinə bildirəndə isə məndən inciməklə yanaşı, həm də “siz bizi düzgün təbliğ edə bilmirsiz” deyiblər. Guya Vaqif Əsədov jurnalistləri düzgün təbliğ etmir. Burada mənim sözüm yerə düşür, ona görə ki, yol polisi öz işini düzgün icra edir. Amma sizin həmkarlarınız deyir: ”Vaqif müəllim, sizi saymırlar”.

Siz özünüz buna nə ad verirsiniz? Niyə qayda pozduğuna görə əməkdaşlıq etdiyimiz jurnalist dostumuz məndən inciməlidir? Olmazmı ki, qaydalara riayət etsinlər?

Avtomobilə əyləşən jurnalist kəməri bağlamırsa, qanunla ona protokol yazılmalıdır. Mən buna niyə müdaxilə etməliyəm? Əgər həmin jurnalist yol polisindən qayda-qanun tələb edirsə, ilk növbədə özü qanuna riayət etməlidir. Adlarını çəkmirəm, amma bu yazını oxuyub söhbətin kimdən getdiyini bilən jurnalistlər mütləq olacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb