Meşəli soyqırımında 7 qohumu öldürülən şəxs: Xaçaturyan əlimə düşsəydi...

SOSİAL
12:31 31.07.2023
1991
Xəbər verdiyimiz kimi, iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri – Vaqif Xaçaturyan saxlanılıb.

1991-ci il 22 dekabr tarixində qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Xocalının Meşəli kənd sakinlərinə hücum edib. Nəticədə 25 nəfər amansızlıqla qətlə yetirilib, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 358 nəfər isə öz doğma yurdlarından didərgin düşüb.

Meşəlidə törədilən soyqırımda 7 yaxınını itirən Tural Nurməmmədov AZXEBER.COM-a danışıb. 

O, bildirib ki, 32 ildən sonra babaları, nənələri, xalaları və dayısının qatili Vaqif Xaçaturyanı görəndə keçirdiyi nifrət dolu hissləri sözlə ifadə etməkdə çətinlik çəkir:


"Mən Xocalının Meşəli kəndində anadan olmuşam. Kəndimizdən çıxanda 6 aylıq körpə idim. Xocalıda yaşananlarla bağlı ailəmin, qohumlarımın danışdıqlarından məlumatım var. Ata tərəfdən Nurməmmədov Hüseyn Rza oğlu, Nurməmmədov Pakizə İslam qızı, ana tərəfdən isə, Novruzov Novruz Məhərrəm oğlu, Novruzova Adilə Məhəmməd qızı, Novruzov Zakir Novruz oğlu, Novruzova Rahilə Novruz qızı, Novruzova Rübabə Novruz qızı Meşəli kəndində törədilən soyqırımda şəhid olub.

Yaxınlarımın qatili Vaqif Xaçaturyanı gördükdə keçirdiyim hiss, əlimə düşsə paramparça edərəm hissi oldu. 

Cənab Prezidentimizə, sərhədçilərimizə təşəkkür edirəm ki, məhz onların sayəsində haqq öz yerini tapdı. Xocalı cəlladı, uşaqların, əliyalın qadın-qocaların qatili Vaqif Xaçaturyan bu gün cinayətə cəlb olunur. O, Azərbaycan xalqına cavab verməli, törətdiyi əməllərin cəzasını çəkməlidir. Bəlkə biz, yaxınlarını itirənlər azda olsa, bununla təsəlli taparıq”.

Tural Nurməmmədov qeyd edib ki, Vaqif Xaçaturyana təkcə həbs cəzası verməklə kifayətlənilməməlidir:

"O, xalq düşməni, ən pis adlara layiq görülməlidir ki, etdikləri əbədi yaddaşlarda qalsın. Biz də gənclər olaraq, Xocalı sakinləri olaraq, dünya ictimaiyyətinə çatdırmalıyıq ki, canilər Meşəli kəndində insanlığa sığmayan necə vəhşicəsinə soyqırım həyata keçiriblər.

Hazırda Meşəli sakinləri Goranboy rayonunun Ağcakənd qəsəbəsində məskunlaşıb. Ailəmdən, qohumlarımdan eşitdiklərinə əsasən deyə bilərəm ki, bu cinayəti törədənlərin sayı çoxdur. Ordumuzdan, Ali Baş Komandanımızdan gözləntimiz budur ki, digər Xocalı cəlladları da layiqli cəzalarını çəksinlər”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir