Məşhur bloger: Vardanyan Azərbaycan sərvətlərindən pul qazanmaq istəyir - VİDEO

SOSİAL
16:36 15.12.2022
2827
"Vardanyan düşünməsin ki, torpağı qazdı, sərvətləri taladı və ona milyonlar qalacaq. Xeyr, bura Azərbaycan torpaqlarıdır və bu bizim sərvətimizdir”.

Bunu AZXEBER.COM-un suallarını cavablandırarkən blogger Kamran Razmovar deyib. 

O bildirib ki, Vardanyan yanlış yoldadır və yanlış seçimlər edir:

"Mənə dünən gecə Gurgen (ABŞ-da yaşayan erməni biznesmen) yazaraq bildirdi ki, başıma 100 min dollar pul qoyub. Bu məni qorxutmur və buradayam. Ruben Vardanyana gəlincə isə o güclü patriot idisə, gəlib 2010-cu ildə, 2015-ci ildə Qarabağda yaşayardı, Qarabağda vuruşardı. İndi müharibə bitib, hər şey qurtarıb, Rusiyadakı vəziyyətin çətin olduğunu da bilərək bura gəlib. O Azərbaycanın sərvətlərindən pul qazanmaq istəyir. Buna görə də bizi sadəcə gülmək tutur. O düşünməsin ki, torpağı qazdı ona milyonlar qalacaq. Xeyr, bura Azərbaycan torpaqlarıdır və bu bizim sərvətimizdir. 
 
Qeyd edək ki, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası dördüncü gündür ki, davam edir.

Blogerlə müsahibəni təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR