Varşavada ilk dəfə Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu reallaşıb

GƏNCLİK
15:16 19.02.2024
3423
18 fevral 2024-cü il tarixdə Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) ilk dəfə olaraq Avropasa Gənclər Fondunun dəstəyi ilə "Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu”nu reallaşdırıb.

Forum Azərbaycan və Polşa himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Forumun ilk günü qonaqların qarşılanması, rəsmi açılış, təşkilati və texniki məsələlərə həsr olunub. İkinci gün isə çıxışlar, müzakirələr və diplom təltifləri ilə yadda qalıb.

Forumu giriş sözü ilə açan Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli Forum iştirakçılarını salamlayıb. F.Cəfərli Polşada yaşayan gənclərin diaspor işinə verdiyi töhvələrdən danışıb. O, həmçinin, bu kimi tədbirlərin reallaşmasının hər iki ölkə gənclərinin əlaqələndirilməsində müstəsna rolu olduğunu deyib.
Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasyası (ASGA) İctimai birliyinin sədri, internet-media ekspert Səbuhi Abbasov göstərilən dəstəkdən dolayı Gənclər Fonduna təşəkkür edib: "Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyi olaraq bu sahədə ciddi təcrübəmiz var. Belə ki, son 5 il ərzində biz Azərbaycan-Slavyan Gənclərinin I Forumunu, Azərbaycan-Ukrayna Gənclərinin I Forumunu, Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumunu uğurla reallaşdırmışıq, Qarabağa aid 3 dildə 2 film ərsəyə gətirmiş, lobbi.az saytını yaratmışıq. Bu mənada "Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu”nun reallaşmasını fəaliyyətimizin məntiqi davamı kimi görürük. Layihəmiz Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşır. Dəstəkdən dolayı Fondun rəhbərliyinə, Müşahidə Şurasının üzvlərinə təşəkkür edirəm. Avropanın mərkəzində yerləşən Slavyan ölkələrinə surətli inteqrasiya indiki şəraitdə çox vacibdir. Polşa isə Avropada strateji gücə malikdir. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Hesab edirəm Forum hər bir iştirakçı üçün faydalı olacaqdır”.

Daha sonra Gənclər Fondunun rəsmisi Mübariz Qadirov çıxış edərək bu və bu kimi Forumların keçirilməsinin ölkəmizin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Gənclər Fondunun hər zaman bu kimi layihələri dəstəklədiyini deyən M.Qədirov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

ASGA İH-nin üzvü, iş adamı, "Minor” holdinqin rəhbəri Murad Kərimov çıxışında Azərbaycan-Polşa əlaqələrinin inkişafında iş adamlarının böyük rola malik olduğunu dedi. M.Kərimov gənc polyak iş adamları ilə əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılmasının vacib olduğunu dedi.

Daha sonra Polşanın gənc, tanınmış ictimai xadimi, Azərbaycanın milli maraqlarını öz fəaliyyətinin prioritet hissəsi hesab edən Mariya Yagodinskaya çıxış edərək Azərbaycanla, xüsusən də, hər iki ölkə gəncliyi ilə Forum çərçivəsində görüşlərin mühüm əhəmiyyət kəsdiyini dedi. Azərbaycana, xüsusən də, Şuşaya səfərindən danışan M.Yagodinskaya Qarabağın işğaldan azad olunmasını böyük tarixi hadisə adlandırdı.

Sonra Polşa Azərbaycanlıları Şurasının rəsmisi Şamo Qubadov çıxış edərək Polşada yaşayan Azərbaycanlı gənclərin fəaliyyətindən, aktivliyindən və qarşıda duran planlardan danışdı.

Polşada diaspor fəaliyyəti ilə fərqlənən Tuncay Novruzzadə çıxışında gənclər üçün belə Forumların xaricdə keçirilməsinin vacibliyindən söz açdı.
Sonda layihə çərçivəsində hazırlanan qısametrajlı videoçarx Forum iştirakçılarına təqdim olunub və tədbir panel müzakirələri ilə davam edib.
Forumun yekununda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.
 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib