Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Azərbaycan ilk medalını qazanıb. Vasif Bağırov (57 kq) finalda rusiyalı Alanday Ondara məğlub olaraq gümüş medala sahib çıxıb. Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.