Vasif Məhərrəmlidən qalmaqallı təklif: 'İstərdim ki, bizdə çörəyin qiyməti yüz manat olsun'

MAQAZİN
22:07 24.02.2012
3653

Şou biznes aləmində hərənin öz ifası olduğu kimi, hər kəsin müxtəlif dünya görüşü var. Kimi toy qiymətlərinin sürətlə aşağı düşməsindən gileylənir, kimi fəxri ad almamasından, bir başqaları isə ümumiyyətlə hər şeydən. Nə qədər qəribə səslənsə də, ucuzluqdan şikayətlənən də var. Məsələn, populyar müğənni Vasif Məhərrəmli ərzaq bazarındakı qiymətlərin azlığından narazıdır. "O dövr gedib, 21-ci əsrdir. İsti ölkələrdən bütün meyvələr gətirilir, ərzaqlar var. Məsələn, alçanın kilosu dörd yüz manatdır.

Baxırsan ki, çoxları alıb yeyir. Demək, ölkəmiz buna hazırdır. Çoxları məni qınayacaqlar,ancaq mən istərdim ki, bizdə çörəyin qiyməti yüz manat olsun".

AZXEBER.COM-un məlumatına görə, bu fikri müğənni Avropa radiosunun canlı yayımında səsləndirib. Daha sonra V.Məhərrəmli indiyədək heç bir müğənni ilə duet oxumamağının səbəbinə aydınlıq gətirib: "İndiyə kimi yeganə duetim kök altında verilişinin aparıcısı Aytən xanımla olub. Heç kimlə ifa etməmişəm, sadəcə dəyərləndirməmişəm. Çünki mən çox qürurlu adamam. 11 ildən çoxdur sənətdəyəm, tanınmayanda heç vaxt fikirləşməmişəm ki, hansısa populyar bir insanla mahnı ifa edim. Biz çətinliklə gəlmişik, amma indi tanınmaq asandır".

Vasif Məhərrəmli klip bazarı haqda danışarkən şounun bu növ biznesinin tənəzzülə uğradığını bildirib: "Klip bazarı ölüb. Vaxt var idi, hamı oturub klipin vaxtını gözləyirdi, indi isə maraq qalmayıb".

Müğənni çıxışı zamanı xalq inancları məsələsinə toxunmağı da unutmayıb. İnsanları sadəlövh adlandıran V.Məhərrəmli bir çox inanclara tənqidi yanaşaraq deyib: "May ayında toy olmur, bu erməni təbliğatıdır. Çox danışmaq istəmirəm. Biz sadəlövh insanlarıq. Məsələn, qabağından pişik keçdi, iki dəfə asqırdın, ayaqlarını belə qoyma, inəyim ölər, əli əlin üstünə qoyma, bu şeylər ancaq bizdədir."

Onu da qeyd edək ki, 1969-cu ildə Qazax rayonunda anadan olan Vasif Məhərrəmli şəxsiyyət vəsiqəsində 1970-ci il yazıldığını bildirib.

Şou biznesdə şou göstərmək biznesə təkan verir, yəni artistin maddi vəziyyəti yaxşılaşır. Amma bir şeyi unutmaq olmaz ki, çörəyin qiyməti 100 manata qalxsa, şou-biznes kəlləmayallaq olacaq, yəni biznes şouya çevriləcək. Onda artistlərin də qışqırıq səsi bir neçə oktava yüksələcək...

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb