Sakinlər əlavə olaraq onu da deyiblər ki, sadə vətəndaşlara imkan verilmədiyi halda, yüksək vəzifəli şəxslərin qohumları istehsal tarixi 2004-cü ilə qədər olan avtomobil alaraq Naxçıvana gətirə və DYP-də qeydiyyata saldıra bilirlər.
MR DYP-nin İmtahan və Qeydiyyat İdarəsi deyilənləri təsdiq edib: “Köhnə avtomobillərin qeydiyyata alınmamağına səbəb həmin avtomobillərin ekologiyaya ziyan vurmasıdır. Naxçıvanın havası təmizdir. Bu cür avtomobillər havanı korlayır. Yuxarıdan tapşırıq var. Yaxşı olar ki, vətəndaşlar təzə avtomobil alsınlar”, - deyə idarədən bildiriblər.