"Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır"

"Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır"
SİYASƏT
13:55 07.10.2025
223
2022-ci ildən bəri Orta Dəhlizlə yük daşımalar artıb.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Prezident İlham Əliyev bildirib ki, bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır.

"Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir”, - dövlət başçısı əlavə edib.

Dövlət başçısı qeyd edib ki, sülh, regional bağlantılar və iqtisadi inkişafla bağlı olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir.

Prezidentin sözlərinə görə, Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təminində özünü əvəzolunmaz və etibarlı tərəfdaş kimi təsdiqləyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir.
OXŞAR XƏBƏRLƏR