Vaşinqtonda atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb

Vaşinqtonda atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb
DÜNYA
09:28 22.05.2025
339
Kolumbiya dairəsinin Vaşinqton polisi yəhudi muzeyi yaxınlığında atəş açmaqda şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.

Bu barədə "Associated Press” (AP) agentliyi yazıb.

Qeyd edək ki, hadisə nəticəsində İsrail səfirliyinin iki əməkdaşı həlak olub.

Şəhər polis rəisi Pamela Smitin sözlərinə görə, həlak olan diplomatlar kişi və qadın olub. Onlar muzeydə keçirilən tədbirdən çıxarkən 30 yaşlı şübhəli şəxs atəş açıb. P.Smit bildirib ki, həbs zamanı saxlanılan şəxs "Azad Fələstin!" şüarı səsləndiririb.

Agentliyin yazdığına görə, ABŞ-nin Baş prokuroru Pem Bondi artıq cinayət yerinə baş çəkib.

ABŞ Prezidenti Donald Tramp "Truth Social”da V Vaşinqtondakı atışmanı "antisemitizmə əsaslanan" akt adlandırıb.
 
/Report
OXŞAR XƏBƏRLƏR