Deputatlığa namizəd Vəfa Nağıyevanın qardaşı tərəfindən digər namizədin vəkilinin zorakılığa məruz qalması ilə bağlı rayon polis şöbəsinə daxil olan müraciət üzrə araşdırma aparılır.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib. Qeyd olunub ki, müvafiq ekspertizalar təyin olunub.