"AZXEBER.COM"-un "Nazimlə Tez-bazar" rubrikasının qonağı tanınmış müğənni Vəfa Şərifovadır
Rubrikada məşhur şəxslər onlara verilən qısa sözləri tamamlamalıdırlar.
Vəfa qısa müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi.
O şəxsi həyatından, sənətindən danışıb.
Həmin süjeti təqdim edirik:
- Uzaqlaşmaq istədiyim insan..
- Pis insanların hamısından uzaqlaşmaq istəyirəm
- Övladımı ona görə efirlərdən uzaq tuturam ki...
- Hələlik uzaq tuturam, inşallah tezliklə üzünü göstərməyi düşünürəm
- Ən böyük maddi dəstəkçim...
- Zamanında həyat yoldaşım olub. İndi Allaha şükür ehtiyacım yoxdur.
- İndi məşhur olmaq üçün...
- Yaltaq olmalısan
- Efirlərdə ona görə qadağadayam ki...
- Aparıcılar zəng edib deyirlər ki, gələn həftə verilişimdəsən, sonra çağırmırlar. Kim işimə mane olur bilmirəm.
- Məşhur olduqdan sonra...
- Düşmənlər artır
- O zaman özümü əzab içində hiss etdim ki...
- Nənəmi itirdiyim zaman
- Anam üçün darıxdığım an...
- Üzünü görmədiyim üçün darıxmamışam. Amma arzulamışam ki, onu görüm.
- Valideynsiz böyümək...
- İnsanların iç üzünü uşaqlıqdan görürsən
- Valideynsizliyi ən çox hiss etdiyim an...
- Məktəbdə ana və ata mövzusu olanda pis olurdum.
- Ona görə düşmənlərım çoxdur ki...
- Sözü necə lazımdır elə də deyirəm. Yalandan insanlara yaltaqlanmağı sevmirəm.
- Məni bayağı adlandıranlara demək istərdim ki...
- Musiqi təhsilim olduğu üçün o qədər də bayağı adlandıran olmayıb. Deyənlər də paxıllıqdan deyirlər
- Həyat yoldaşımın mənə ən böyük hədiyyəsi...
- Qızım
- Yenidən ana olmaq...
- Çox istərdim
- Sevgim o zaman nifrətə dönər ki...
- Zamanla dönə bilər. Bir addımla, hərəkətlə ola bilməz.
- Geyim tərzini dəyişdirmək istədiyim məşhur...
- Aysun İsmayılova bir az bağlı geyinsin.
- Trendin mənfi və müsbət cəhəti...
- Bilən də, bilməyən də danışır. Hər kəs pul gücünədi deyir. Qalan hər bir tərəfi müsbətdir.
- Ən çox tutduğum şabaş...
- Danışdığım toydan çox şabaş tutmuşam.
- Xoşbəxt olmaq üçün...
- Heç kəs həyatı boyu xoşbəxt ola bilməz. Xoşbəxtlik bir andır. Bu gün xoşbəxt ola bilərsən, sabah elə bir hadisə olar ki, bədbəxt olarsan.
- Qalmaqaldan ona görə uzağam ki...
- Sənətimlə tanınıb, gündəmdə olmaq istəyirəm. Yetərincə düşmənlərim var.
- Ən çox bəyəndiyim teleaparıcı
- Aparıcılarımız çoxdur. Nanə xanımı, Zaur bəyi və başqalarını bəyənirəm.
- Kimə istəsəm sponsorluq edərəm deyəndə...
- Bəziləri var özlərini estrada ulduzu sayırlar. Sevgililərinin gücününə tanınanlar. Ayrılanda müraciət edə bilərlər.
- Ayda toylarımən sayı...
- Deyim 30 gün toyda oluram, yalan olar. Bu adətən yay aylarında olur.
- Həyatımda üsyan etdiyim an...
- O qədər olub ki.
- Əsl sevgim o zaman qarşıma çıxıb ki...
- Əsl sevgi övladımdır
- Toylardan qazancım
- Allaha şükür qane edir