Keçən həftə dünyasını dəyişən aktrisa Oya Aydoğan haqqında xəbərlər gündəmin əsas mövzusuna çevrilib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Söylemezsem olmaz" proqramındakı tərəf müqabili Lerzan Mutlunun ona qarşı kobud davranışlarını sübut edən videogörüntülər yayılıb. Videodan görünür ki, canlı yayımda olarkən Oya Lerzanın sərt ittihamlarına sakit qaldığı üçün "hiyləgər" adlandırılır.
Qeyd edək ki, L.Mutlu onun aktrisaya qarşı münasibətini tənqid edən müğənni Bülent Ersoyu məhkəməyə verərək şər atdığını iddia edir. Yayılan mübahisəli görüntülər isə B.Ersoyun haqlı olduğunu üzə çıxarıb.