Vəkil olmaq istəyən gənclərin ikinci yay düşərgəsi keçirildi - FOTOLAR

GƏNCLİK
17:15 31.07.2023
1777
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının  və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc hüquqşünas tələbələr üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Vəkil olmaq istəyirəm” adlı yay məktəbi təşkil edilib.

26-30 iyul tarixlərində Şəki şəhərində keçirilən yay məktəbində iştirak edən 55 hüquqşünas tələbəyə peşəkar biliklərin artırılması məqsədi ilə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, natiqlik qabiliyyətinin yaxşılaşdırılması və digər sahələr üzrə təlimlər keçirilmişdir. Düşərgə müddətində eyni zamanda gənc hüquqşünaslar üçün təcrübəli vəkillərin iştirakı ilə  "Karyera söhbətləri” və səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi təşkil edilmişdir.

5 gün müddətində davam edən "Vəkil olmaq istəyirəm” adlı yay məktəbinin 30 iyul tarixində Şəki Olimpiya İdman Kompleksində baş tutan bağlanış mərasimində iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək Ümummilli Liderin əsasını qoyduğu hüquqi islahatların müasir həyatımızda bəhrəsini görən və bu səbəbdən də hüquqşünaslığın sərbəst həmçinin də  peşəkar forması olan vəkillik sənətini seçən gənclərə daim qanunun aliliyinə hörmət, ədalət mühakiməsinin maraqlarına xidmət etmələri və hüquqi yardımların keyfiyyətinin yaxşılaşdırılması baxımından şəxsi davranışlarının hər zaman nümunəvi olmalarına çağırış edərək gələcəyin vəkillərinə uğurlar arzu ediblər.

Gənclərin peşəkar hüquqşünas kimi ixtisaslaşmasına xidmət edən düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, gənclərin xüsusi marağına səbəb olan və ikinci dəfə təşkil edilən "Vəkil olmaq istəyirəm” adlı yay məktəbinə ümumilikdə 20 yerli və xarici universitetdən 350 hüquqşünas tələbə müraciət etmiş, onlardan bilik və bacarığı, ictimai fəallığı ilə seçilən 55 gənc  seçilərək düşərgədə iştirak haqqı qazanmışdır.
 





OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb