Venesuelada etiraz aksiyaları zamanı 1 nəfər ölüb, 46 nəfər saxlanılıb

Venesuelada etiraz aksiyaları zamanı 1 nəfər ölüb, 46 nəfər saxlanılıb
DÜNYA
20:34 30.07.2024
127
Venesuelada etiraz aksiyaları zamanı ən azı 1 nəfər ölüb, daha 46 nəfər saxlanılıb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Eyni zamanda, 20-dən çox hərbçinin yaralandığı bildirilir.

Qeyd edək ki, iğtişaşlar iyulun 29-da axşam Nikolas Maduronun üçüncü dəfə qalib gəldiyi prezident seçkilərinin nəticələri elan edildikdən sonra başlayıb. Müxalifət seçkilərin nəticələrini tanımayıb, Latın Amerikasının 9 ölkəsi isə nəticələrə yenidən baxılmasını tələb edib.

Venesuela Xarici İşlər Nazirliyi buna cavab olaraq Argentina, Dominikan, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çilidən diplomatlarının geri çağırıldığını elan edib. Venesuela, həmçinin iyulun 31-dən etibarən Panama və Dominikan ilə hava əlaqəsinin müvəqqəti dayandırıldığını bildirib.

OXŞAR XƏBƏRLƏR