Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü

Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
DÜNYA
23:57 30.06.2026
302
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1900-ü keçib.

Bu barədə "Reuters” agentliyi ölkənin Milli Assambleyasının (parlament) spikeri Xorxe Rodrigezə istinadən məlumat yayıb.

Məlumata əsasən, Rodrigez ölənlərin sayının 1943 olduğunu, daha 10571 nəfərin isə yaralandığını bildirib.

Qeyd edək ki, iyun 24-də axşam saatlarında Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 ilə 7,5 bal gücündə iki silsilə təkan qeydə alınıb. Onların episentrləri Yarakuy əyalətində bir-birindən 10 km məsafədə yerləşib.
OXŞAR XƏBƏRLƏR