Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər

Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
DÜNYA
20:33 05.10.2026
121
İranın Böyük Britaniyadakı Feyrford aviabazasında baş verən insidentlə əlaqəsi ola bilər.

Bunu ABŞ vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlamasında bildirib.

"Biz müəyyən dərəcədə əminliklə hesab edirik ki, iranlılar… Bilirsiniz, onlar İran dövlətinin 49 ildir etdiyi işi görməyə çalışırlar. Yəni ABŞ-a və bir çox digər insanlara qarşı terror aktları törədirlər”, – Vens Feyrford bazasındakı insidenti şərh edərkən deyib.

ABŞ vitse-prezidenti həmçinin Feyrford bazasında yerləşən B-1 strateji bombardmançılarının ABŞ-a qaytarılmasının baş verən insidentlə əlaqəli olduğunu faktiki olaraq təsdiqləyib. Bununla da o, ABŞ dövlət katibi Marko Rubionun daha əvvəl səsləndirdiyi açıqlamadan fərqli mövqe ifadə edib.

"Ehtiyat tədbiri olaraq. Hərbçilərimizi qorumaq məqsədilə”, – Vens təyyarələrin ABŞ-a qaytarılmasını şərh edərkən bildirib.

Pentaqon oktyabrın 4-də Feyrford bazasında yerləşən bütün B-1 bombardmançılarının ABŞ-a qaytarıldığını təsdiqləyib.

Bununla yanaşı, Vens Vaşinqtonun "Flydubai” aviaşirkətinin reysində bir neçə gün əvvəl baş verən hadisədə İranın mümkün iştirakına dair konkret məlumatının olmadığını bildirib.

"İranın iştirakı məsələsinə gəldikdə, bunu şərh etmək hüququnu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffə və kəşfiyyat nümayəndələrinə buraxacağam. Hadisələri qabaqlamaq istəmirəm. Əlbəttə, bunu araşdırırıq. Ancaq deyərdim ki, hələlik birmənalı nəsə görməmişəm”, – Vens qeyd edib.

O əlavə edib ki, ABŞ oxşar halların ölkə daxilində baş verməsinin qarşısını almaq üçün müvafiq yoxlamalar aparır.

"Biz, şübhəsiz ki, hava nəqliyyatı üçün risk yaradan şəxslərin təyyarənin sükanı arxasına keçməməsini təmin etmək məqsədilə ABŞ daxilindəki prosedurlarımızı nəzərdən keçiririk”, – vitse-prezident vurğulayıb.
 
///apa.az///

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
21:24 05.10.2026
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
21:10 05.10.2026
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
21:02 05.10.2026
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
20:56 05.10.2026
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
20:50 05.10.2026
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
20:42 05.10.2026
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
20:40 05.10.2026
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
20:33 05.10.2026
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
İranın daxili işlər naziri Qətərə səfər edib
20:29 05.10.2026
İranın daxili işlər naziri Qətərə səfər edib
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
20:17 05.10.2026
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
20:11 05.10.2026
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
20:07 05.10.2026
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
20:01 05.10.2026
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
19:56 05.10.2026
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
19:49 05.10.2026
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər