Vergi Məcəlləsinə dəyişikliklər olunacaq

Vergi Məcəlləsinə dəyişikliklər olunacaq
Bütün Xəbərlər
16:28 18.12.2012
951
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər ediləcək. Bu barədə qanun layihəsi Milli Məclisin iqtisadi siyasət komitəsinin dekabrın 18-də keçirilmiş iclasında müzakirə olunub.Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir ki, məcəllə qəbul olunarkən mükəmməl sənəd olsa da, sonradan ölkə iqtisadiyyatında gedən inkişaf prosesləri bu sahədə qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi zərurətini yaradıb.İndiyədək edilən dəyişikliklər də vergi sistemində müasir informasiya texnologiyalarının tətbiqi, vergi mədəniyyətinin və inzibatçılığının möhkəmləndirilməsinə yaxşı imkan yaratmışdır. Təklif olunan yeni dəyişikliklər vergi Məcəlləsinin təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, iqtisadiyyatın daha da inkişafına zəmin yaradacaq.Komitə sədri bildirib ki, ki, ümumilikdə Vergi Məcəlləsinin 129 maddəsinə dəyişikliklər ediləcək.Sonra vergilər nazirinin birinci müavini Natiq Əmirov məcəlləyə təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verib. Bildirilib ki, bu dəyişikliklərdə iqtisadiyyatda vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, vergi sisteminin, vergi inzibatçılığının və nəzarətinin möhkəmləndirilməsi və s. məsələlər əksini tapıb.Dəyişikliklərdə ali təhsil haqqının əlavə dəyər vergisindən azad edilməsi, fiziki şəxslərin 14 faizlik vergi tutulan aylıq gəlirinin 2000 manatdan 2500 manatadək artırılması, aylıq gəlirin 2500 manatdan yuxarı olan hissəsindən tutulan gəlir vergisinin isə 30 faizdən 25 faizədək azaldılması nəzərdə tutulub.Sonra Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov yol vergisinin artırılması ilə bağlı layihəyə təklif olunan dəyişikliklər barədə məlumat verib.Çıxışlarda məcəlləyə təklif olunan dəyişikliklər ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlər kimi dəyərləndirib. İclasda “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərə də baxılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
21:04 04.04.2026
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib