Vergilər Nazirliyi ‘Binə’dəki aksiyadan danışdı - AÇIQLAMA

Vergilər Nazirliyi ‘Binə’dəki aksiyadan danışdı - AÇIQLAMA
Bütün Xəbərlər
13:55 22.01.2013
1326

"Binə" və "Sədərək" ticarət mərkəzlərinin sahibləri bu il ərzində hər iki mərkəzdə işləyən sahibkarlardan vergi tutulması ilə bağlı bütün məsələləri həll etməlidirlər.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında deyib.

"Ötən il bu ticarət mərkəzlərinin sahibləri ilə görüşlər keçirdik və onlara bu məsələlərin həll edilməsi üçün daha bir il verdik. Orada işləyən bəzi sahibkarlar hesab edirlər ki, onların ödəməli olduqları vergilər obyektin icarə dəyərinə daxildir. Bu, qanunsuzdur və daha çox sahibkarların günahıdır. Sahibkarlar onlara vergiqoyma məsələlərini yaxşı izah etməyiblər", - Əmirov qeyd edib.

Onun sözlərinə görə, bu ticarət mərkəzlərində kassa aparatlarının quraşdırılmasına ötən il başlanıb, mərkəzlərin ərazisində nazirliyin servis məntəqələri işləyir.

OXŞAR XƏBƏRLƏR