Vergilər Nazirliyində namizədlərlə görüş keçirilib

Vergilər Nazirliyində namizədlərlə görüş keçirilib
Bütün Xəbərlər
10:20 05.06.2014
591
Bu gün Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul olunmaq üçün test imtahanından müvəffəqiyyətlə keçmiş 76 nəfər namizədlə görüş keçirilib.Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, İnsan resursları idarəsinin rəisi, baş vergi xidməti müşaviri Faiq Şahbazov işə qəbulun test mərhələsini müvəffəqiyyətlə başa vurmuş namizədləri salamlayaraq onları təbrik edib, yaxın günlərdə müsabiqə komissiyası tərəfindən keçiriləcək müsahibədə 70 baldan yuxarı toplamış bu gənclərin iştirak etmək imkanı qazandıqlarını bildirərək onlara uğurlar arzulayıb. İnsan resurslarının idarə olunmasının Vergilər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan idarə rəisi əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb.
OXŞAR XƏBƏRLƏR