Vergilər Nazirliyinin keçmiş əməkdaşı tutuldu

Vergilər Nazirliyinin keçmiş əməkdaşı tutuldu
Bütün Xəbərlər
01:33 05.11.2011
1578

Vergilər Nazirliyinin sabiq əməkdaşı korrupsiya cinayətinə görə saxlanılıb.

Etibarlı mənbədən cümə günü Trend-ə daxil olan məlumata görə, özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim edən nazirliyin sabiq əməkdaşı Mübariz Əliyev vətəndaşlara məxsus mağazalardan pul yığdığı üçün baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı İdarə tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR