Vəsilə Vahidqızı: “Dedi ki, mən səni tanıyıram, amma bilmirəm oxuyanlardansan yoxsa danışanlardan” - MÜSAHİBƏ

Vəsilə Vahidqızı: “Dedi ki, mən səni tanıyıram, amma bilmirəm oxuyanlardansan yoxsa danışanlardan” - MÜSAHİBƏ
MEDİA
23:48 09.01.2012
5017

İctimai Televiziyanın "Ortaq Məxrəc" verilişinin aparıcısı, tanınmış telejurnalist Vəsilə Vahidqızı AZXEBER.COM-a müsahibə verib. “Əsas o deyil ki, səni necə qiymətləndirilər, əsas odur ki, özünü müzakirə obyektinə çevirə bilmisən”.

"Artıq televiziya sahəsində də “milli əfsanələr” dövrü arxada qalıb".

“Xaricilər dedilər ki, bu necə proqramdır”

“Populyar olmaqla zirvədə olmağın arasında dağlar qədər fərq var”. 

- Vəsilə xanım, siz Azərbaycan Tədris Akademiyasında daha çox praktik dərslərə üstünlük verirsiniz. Gənclərlə bir yerdə tok-show hazırlamaq çətin deyil ki?

Xeyr. Qətiyyən. Hazırki gənclərin dünyagörüşü, məsələlərə baxış bucağı fərqlidir. Onların TV-yə baxışı və yanaşmasında tələbkarlıq daha çoxdur. Sovet dönəmi deyil ki indi hamımız daha çox TV kanalına baxırıq, daha fərqli teleestetika ilə tanışıq, müqayisələr aparmaq, tutuşdurmaq imkanlarımız xeyli genişlənib. Bu baxımdan gənclər daha tələbkardırlar, daha keyfiyyətli məhsul tələb edirlər. Birlikdə standartlara cavab verən debatların və tok-şouların hazırlanmasının öhdəsindən gəlməyə çalışırıq. Onlar işi təhsildən çox təcrübə ilə öyrənməyə meyllidirlər.

- Vəsilə xanım istərdim oxucularımız üçün Azərbaycan Tədris Akademiyasında keçiriləcək növbəti talk –show haqda bir az məlumat verəsiniz.

-Bizim əksəriyyətimizə xas olan bir xüsusiyyət var-qonşu üçün yaşamaq. Həyatımızın az qala hər anını başqalarının düşüncəsi əsasında qururuq. Öz istəklərimiz çox vaxt tamamilə arxa plana keçir. Bunun səbəbləri nədir və bütün bunlar həyatımızın səmtini hara yönəldir? Növbəti tok-şounun baş sualları belədir.

Azərbaycan Tədris Akademiyasındakı (ASA) tok-şou İctimai Televiziyada yayımlanan "Ortaq məxrəc" verilişinin formatında təşkil olunacaq. Tok-show 10 yanvar tarixində saat 18:00-da keçiriləcək.

- Bəs qonaqlar kim olacaq?

Qonaqlar millət vəkili, fəsəfə doktoru Fazil Qəzənfəroğlu və BDU-nun jurnalistika fakültəsinin dekan müavini, fəlsəfə doktoru Sevinc Əliyeva olacaq. İlk dəfə mən 12 tələbə ilə birlikdə bu verilişi aparacam. Bu tok-şou həm də tədris xarakteri daşıdığı üçün bizim tələbələrin bir qismi auditoriyanın fəal iştirakçıları rolunda, bir qismi isə aparıcı rolinda olacaqlar.

-Hazırki dövrdə gənclərin əksəriyyəti ya müğənni, ya da televiziya aparıcısı olaraq məşhurlaşmaq istəyir. Sizcə bunun səbəbi nədir?

Bunu təkcə gənclərin adı ilə bağlamaq düzgün deyil, çünki məşhur olmaq istəyi Azərbaycan cəmiyyətində var. Çoxları peşəkrlıqdan deyil, populyarlıqdan yanadırlar. Görünür bu onlara nəsə qazandırır.

Bu günki Azərbaycan televiziyalarında aparıcıların peşəkarlığını necə qiymətləndirirsiniz?

-Qiymət vermək deməyək, sadəcə mənim bir tamaşaçı və jurnalist kimi sevdiyim aparıcılar və jurnalistlər var. Ümumiyyətlə Azərbaycan televiziyalarında peşəkar jurnalistlər kifayət qədərdir. Televiziya proqramı komanda işi olmalıdır. Xaricdə bir TV proqramını çox adam hazırlayır, bizdə bir adam bir neçə iş görür. Əgər nəticə bir çox hallarda beynəlxalq standartlardan geri qalırsa bu təkcə jurnalistlərlə və aparıcılarla bağlı deyil. Doğrudur tamaşaçı nəticəni görür və qiymətləndirir. Səbəbdən isə az qala heç kim danışmaq istəmir. Bir faktı xatırladım- bir neçə il əvvəl 15 günlük xarici səfərimiz zamanı hazırladığımız çəkiliş proqramı xariciləri təəccübləndirdi. Dedilər ki bu qədər az vaxt üçün bu necə proqramdır. Biz tamaşaçılarımız üçün daha çox informasiya əldə etmək istəyirdik. İşin başqa tərəfini düşünmürdük. Bir səfərdə azı 4 verilişin materialını çəkmək istəyirdik. Çəkdik də. Bunun doğru olmadığını bilə-bilə. Bir dəqiqəlik videoçarxı böyük qüvvə ilə, əməlli-başlı pulla və kifayət qədər vaxt sərf edərək hazırlayan xarici çaşmasın, neyləsin? Biz fikirləşdil ki o uzaq ölkəyə yolimiz bir də düşə, ya düşməyə. Bunlar qeyri-peşəkarlıq məsələsi deyil.İmkanlarımız budur. Amma İTV-nin imkanlarının əməlli-başlı genişləndiyini də unutmayaq. Yaxşı aparıcılara gəldikdə isə güman etmirəm ki, kimsə ANS TV-dən Sevinc Osmanqızının, Aytən Səfərovanın, İradə İsakın, Ayaz Nizamioğlunun, Orxan Fikrətoğlunun, İTV-dən Fuad Axundovun, Könül Arifqızının, Anar Yusifoğlunun, Telman Məmmədovun, Hüsniyyə Məhərrəmovanın, Leyla Əliyevanın, İlham Sərxanlının, Xəzər TV-dən Ramal Hüseynovun, Nəcəf Həsənovun, ATV-dən İlham Tumasın, Dilarə Əliyevanın və bir çox başqa aparıcıların, eyni zamanda bu gün artıqTV kanallarından uzaqlaşmış bəzi jurnalistlərin qabiliyyətinə şübhə ilə yanaşa. Amma aparıcılara münasibət həm də tamaşaçının zövqü ilə bağlıdır. Ona seçim imkanını verə bilərsən, amma sevməyə zorlaya bilməzsən.

-Vəsilə xanım, kimsə ilk dəfə xəbər aparıcısı olaraq efirə çıxıb, məsələn Aytən Səfərova kimi. Sizcə xəbər aparıcısının birdən-birə “Kök altı” formatında bir veriliş aparması nə dərəcədə düzgündür?

- Bu haqda dəfələrlə eşitmişəm və təəccüblənirəm ki, insanlar bundan niyə danışırlar ki, təccüblənirsənsə baxma. Birincisi Aytən xanım birdən- birə bir formatdan o birisinə keçmədi. Bu əslində onun sübutudur ki, mən müxtəlif formatda olan, bir-birinin tam əksi olan TV proqramlarını yüksək səviyyədə təqdim edə bilərəm.Düşünürəm ki, o bu verilişdə də öz aparıcılıq missiyasının öhdəsindən məharətlə gələ bilir. Bu gün bizə qəribə gələn bir çox hadisələr əslində dünya praktikasında da gerçəkləşib. Məncə Aytən xanım “Kök altı” verilişi üçün ən uğurlu aparıcıdır.Məmnuniyyətlə baxıram. Amma bir məsələ var- əsas o deyil ki, səni necə qiymətləndirilər, əsas odur ki, özünü müzakirə obyektinə çevirə bilmisən.

-Adını çəkdiyiniz aparıcıların hansıları sizin kimi gənc jurnalistlərlə ünsiyyətdə olmağa can atırlar? Məlumatınız varmı bu barədə?

Xeyr, məlumatım yoxdur. Yəqin ki, onları da dəvət etsələr gənclərlə tez-tez ünsiyyətdə olarlar, bud a həmin gənclər üçün faydalı olar. Məncə jurnalistikaya gəlmək istəyənlər üçün BBC təcrübəsi keçmiş Sevinc Osmanqızının tövsiyyələri çox faydalı olar.

-Azərbaycan televiziyasında məşhurlaşmaq, zirvəyə qalxıb oradan yerə enmək asandırmı?

Azərbaycanda məşhur olmaq çox asandır. Ümumiyyətlə bir günə də məşhur olmaq olar. Bizdə ortababdan da aşağı bir müğənni və ya bir jurnalist olmaqla, bircə mənasız qalmaqala imza atmaqla hamının tanıdığı adama çevrilmək olar. Tanınmaq təkcə yaxşı olmağın əlaməti deyil ki? Mənim baxışım belədir ki, populyar olmaqla zirvədə olmağın arasında dağlar qədər fərq var. Zirvə məsələn Alim Qasımovun oturduğu mərtəbədir.

-Neçə ildir ki jurnalistikadasınız?

Mən 1992-cü ildə BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 10 il Az TV-də , qısa bir müddətdə “Space” TV-də işləmişəm. İctimai Televiziya açıldıqdan sonra məni dəvət etdilər və mən getdim. Burada bir necə TV proqramının aparıcısı olmuşam və sənədli filmlər hazırlamışam. Hazırda həm “Ortaq məxrəc”-i aparıram, həm də “Qarabağ:real tarix” adlı sənədli filmlər toplusunun ssenari müəllifiyəm.

Bu verilişin uzun illər yayımlanacağına inanırsınızmı?

Təbii ki, inanıram və bunu istəyirəm. İstəyirəm ki, “Ortaq məxrəc” davam etsin. Düşünürəm ki, hələ ortaq məxrəcə gələcəyimiz mövzular çoxdur. Hələki baş direktorumuz İsmayıl Ömərov da də qəti qərardadır ki, “Ortaq Məxrəc” yayımlansın. Çünki burada fərqli yanaşmaıarı ekrana gətirmək, bir çox məsələrə münasibətdə barış nöqtələri axtarmaq, həqiqətə birgə yaxınlaşmaq meylləri var.

-Hər bir müzakirədə ortaq məxrəcə gəlmək olurmu?

-Müzakirələr zamanı ortaq məxrəcə gəldiyimiz də olur, gəlmədiyimiz də. Baxır məsələyə.

-Vəsilə xanım, hazırki televiziya aparıcılarından bir çoxu köşə yazıları ilə elektron mətbuatda, qəzetlərdə, jurnallarda çıxış edirlər. Bəs, siz köşə yazısı yazırsınızmı?

Yazmışam. Lent.az saytı ilə bu sahədə əməkdaşlıq etmişəm. Bu əməkdaşlığı davam etdirmək istəyirəm. Amma hələ ki dissertasiya işimlə əlaqədar vaxt qıtlığı var.

-Vəsilə xanım, şəxsi avtomobiliniz varmı?

Bəli var. Avtomobil sadəcə həyatı yüngülləşdirir. Bildim bu sualı niyə verirsiniz. Bəzi aparıcılar guya özləri ilə tamaşaçılar arasında bir sədd qurmağa çalışırlar. Guya onlar daha fərqlidirlər. Məncə elə deyil. Artıq televiziya sahəsində də “milli əfsanələr” dövrü arxada qalıb. İndi necə ki hamı müğənni ola bilir, eləcə də hamı efirə çıxa bilir. Mən öz işimə adi bir iş kimi baxıram və sadəcə vəzifəmi doğru yerinə yetirməyə, cəmiyyətə lazım olan məsələləri müzakirəyə çıxarmağa can atıram. Bir də ki mən özümü o qədər də məşhur saymıram. Yadıma bir şey düşdü- “Şəkidə olarkən bir qadın mənə yaxınlaşdı və dedi ki “Mən səni tanıyıram, amma yadıma sala bilmədim oxuyanlardansan yoxsa danışanlardan”. Bu da mənim məşhurluğum. Mən məşhur olmağa yox, işimi doğru görməyə çalışıram. Başqa bir şey də var-deyirlər siz işinizi doğru-dürüst yerinə yetirin, narahat olmayın sizi mütləq görəcəklər.

-Jurnalistikadan siyasətə gedənlərə münasibətiniz necədir?

Hərənin öz seçimi var.

-Bəs siz nə vaxtsa siyasətdə olmağı fikirləşirsinizmi?

Hələ belə bir fikrim yoxdur, olacağını da düşünmürəm. Mən ömrüm boyu jurnalist olmaq istəyirəm. Jurnalistikaya pilləkənin pilləsi kimi baxmıram.Bu sahədə peşəkar olmaq istəyirəm.

-Başqa bir sahədə fəaliyyət göstərmək üçün təkliflər olubmu?

Bəli olub, həm də dəfələrlə. Mən öz yerimi İTV-də görürəm. Mənim bu sahədə və qeyd etməliyəm ki məhz ictimai yayım xidməti sahəsində mütəxəssis olmaqla bağlı hədəflərim var.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
15:52 26.07.2025
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
15:41 26.07.2025
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"