Oktyabrın 3-də Demokratik İslahatlar Partiyasının “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatına layiq gördüyü 4 jurnalistlə bağlı mərasim keçirib.
AZXEBER.COM- un məlumatına görə Laureatlara pul mükafatı və diplomları partiya sədri, deputat Asim Mollazadə təqdim edib.
2014-cü ildə “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatına uğurlu televiziya layihəsinə görə İctimai Televiziyadan Vəsilə Vahidqızı, Azərbaycanın ictimai-siyasi və sosial həyatında baş verən proseslərin obyektiv işıqlandırılmasına görə “Amerikanın səsi” radiosundan Tapdıq Fərhadoğlu, Azərbaycanda peşəkar internet mediasının formalaşmasındakı xidmətlərinə görə “Modern.az” saytından Əfqan Qafarlı, Azərbaycanın ictimai-siyasi həyatına və parlamentin fəaliyyətinə həsr olunmuş obyektiv məqalələrinə görə “Mediaforum.az” saytından İmdad Əlizadə layiq görülüblər.
Demokratik İslahatlar Partiyası “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatını 2008-ci ildə təsis edib.