DTX Vətən müharibəsi iştirakçılarından rüşvət alan vəzifəli şəxsləri həbs etdi

SOSİAL
14:54 27.07.2021
765
Dövlət Təhlükəsizliyi Xidməti dövlətin ordu quruculuğu sahəsində qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan cinayət əməllərinə qarşı mübarizə tədbirlərini davam etdirir.

AZXEBER.COM DTX-nin saytına istinadla xəbər verir ki, Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıb. Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:29 25.09.2021

Leyla Şıxlinskayanın obyektində olay: İşçisi həbs edildi

16:18 25.09.2021

FHN əhaliyə bu günlərlə bağlı xəbərdarlıq etdi: Qaydalara ciddi riayət edilməlidir

16:15 25.09.2021

Müdafiə Nazirliyinin baş idarə və idarə rəisləri toplanıb - RƏSMİ AÇIQLAMA

16:08 25.09.2021

Putin Qarabağdakı generalı bu səbəbdən geri çağırdı

16:03 25.09.2021

Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı HESABAT

15:57 25.09.2021

Bakıda dəhşətli qətl: “Instagram” parolunu vermədiyinə görə arvadını öldürdü

15:56 25.09.2021

Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə döyüş atışlı taktiki təlimi davam edir - VİDEO

15:49 25.09.2021

Prezident: "Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

15:26 25.09.2021

Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib

15:17 25.09.2021

ABŞ Prezidenti: üçüncü vaksinasiya hər kəs üçün pulsuz və əlçatan olacaq

15:09 25.09.2021

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin olundu

15:00 25.09.2021

İƏT-in Komissiyası Ermənistanın Azərbaycan xalqına qarşı cinayətlərinə dair hesabat hazırlayacaq

14:45 25.09.2021

Bakıda öldürülən müğənninin qətlinin təfərrüatı məlum oldu

14:37 25.09.2021

Kriminal dünyada böyük savaş - "Lotu Quli"nin rəqibi sıradan çıxarılır

14:24 25.09.2021

"Yeni Klinika": "Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur"

14:16 25.09.2021

Sərdar Ortaç “Beşiktaş”dan üzr istədi: “Tərbiyəsizlik etdim, çox peşmanam”