Vətən müharibəsində Ermənistan tərəfindən döyüşmüş ekstremist qruplaşma rəhbəri həbs olundu - FOTO

Vətən müharibəsində Ermənistan tərəfindən döyüşmüş ekstremist qruplaşma rəhbəri həbs olundu - FOTO
SİYASƏT
23:58 21.01.2022
735
Fransa vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan ekstremist "Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğal altında olan ərazilərinə gələrək terrorçuluq fəaliyyəti ilə məşğul olmuş və Ermənistan tərəfində muzdlu kimi döyüşmüş Mark De Kakkere-Valmenir Fransada 1 il müddətinə azadlıqdan məhrum edilib.

AZXEBER.COM "Report”a istinadən xəbər very ki, prezidentliyə namizəd, ifrat sağçı Erik Zemmurun dekabr ayında keçirilən mitinqində zorakılıq tətbiq etdiyi üçün nümayişlərdə iştirakına qadağa qoyulan De Kakkere-Valmenir yanvarın 15-də keçirilən aksiyada iştirak etdiyi üçün saxlanılıb və sonra həbs edilib.

De Kakkere-Valmenir daha əvvəl Parisdəki barda hücuma görə bir il həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, onun aksiyalarda iştirakına qadağa qoyulmuşdu.

Bu, ekstremist qruplaşma rəhbərinin ilk həbsi deyil. O, 2018-ci ilin dekabrında "sarı jiletlilər”in nümayişində zorakılığa görə 6 ay, bara hücuma görə isə 10 ay həbs cəzasına məhkum edilmişdi.

Xatırladaq ki, "Zouaves Paris” qruplaşmasının lideri 2020-ci ilin oktyabrında ikinci Qarabağ müharibəsində işğalçı Ermənistanın tərəfində müharibədə iştirak etdiyini bildirmişdi. Mark de Kakkere-Valmenir instaqramdakı səhifəsində qeyd etmişdi ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb.

Mark de Kakkere "Kalaşnikov" avtomatı lə hərbi formada şəklini paylaşaraq ermənilərlə əməkdaşlıqla "xarici könüllülər briqadası"nı yaratmaq arzusunu açıqlamışdı.

Özünü faşist adlandıran Mark de Kakkere-Valmenir Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına "Zouaves Paris” adını verib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ronaldo karyerasının 985-ci qolunu vurub
03:06 30.10.2026
Ronaldo karyerasının 985-ci qolunu vurub
Alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb
02:56 30.10.2026
Alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb
Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər
02:50 30.10.2026
Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb
02:43 30.10.2026
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb
ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb
02:36 30.10.2026
ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
02:30 30.10.2026
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib
02:23 30.10.2026
“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib
Arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
02:16 30.10.2026
Arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır
02:09 30.10.2026
Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır
Fişənglər yandırıldı, parlament tüstüyə büründü: Albaniyada gərgin anlar
02:03 30.10.2026
Fişənglər yandırıldı, parlament tüstüyə büründü: Albaniyada gərgin anlar
Şimali Kipr Mahmud Abbasın Kipr Respublikasına səfərini təəssüflə qarşılayıb
01:56 30.10.2026
Şimali Kipr Mahmud Abbasın Kipr Respublikasına səfərini təəssüflə qarşılayıb
Sinaqoq və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
01:50 30.10.2026
Sinaqoq və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib
01:43 30.10.2026
Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
01:36 30.10.2026
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
01:30 30.10.2026
Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb
01:23 30.10.2026
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb